Yeni məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Dinarə Əliyeva

Dinarə Əliyeva

Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018). 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib. Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb. 2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.

Seçilmiş məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Səlim xan

Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.

Səlim xan — Şəki xanı (1795 – 1797, 1805 – 1806), hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün 1805-ci ildə xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana keçmişdir. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Bağdad paşasının yanına gedərək Osmanlı dövlətindən siyasi sığınacaq istəmişdir...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-21.png


Təqvimin bu günü — 4 martda

Anadan olanlar (0)  Vəfat edənlər (0)

Nəzir Əhmədov

4 – 5 mart

  • Dövlət xadimi, iqtisadçı alim, yazıçı, 1992-ci ildə Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyətə çağıran “91-lər”dən biri Nəzir Əhmədov (1925 – 2005) 5 mart 2005-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. O, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından az sonra, əvvəl Şəki şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş (1993 – 1998), daha sonra isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçirilmişdir (1998 – 2001).

Şəkil: Nəzir Əhmədov.

Yeni materiallar əsasında

Bilirsinizmi?

Qüdrət Məmmədov

Fərid Əlibalayev
  • 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini bir-bir skan edərək internetə tam yerləşdirdirdiyini və həmin ensiklopediyanı internet istifadəçiləri üçün əlçatan etdiyini bəyan edib. O, 26 may 1982-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub. Səki fizika riyaziyyat humanitar liseyini bitirib, Azərbaycan Neft Akademiyasında bakalavr, Blekinge Texnologiya İnstitutunda (İsveç) isə magistr təhsili alıb.

Sadıq Murtuzayev
  • 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.

Albert Mustafayev3.jpg

Ələfsər Məmmədov2.jpg
  • 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.

Hikmet Hajizade.jpg
  • 20 noyabr 2020-ci il tarixdə ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə 66 yaşında Bakıda vəfat edib.


5 martda anadan olanlar (2) 5 martda vəfat edənlər (2) Martda anadan olanlar (36) Martda vəfat edənlər (9) Şəxslər ad sırası ilə (514) Şəxslər familiya sırası ilə (477) Mənbələr (2) Müəlliflər (8) Şəki xanları və s. (9) Görkəmli şəxslər (98) Dövlət xadimləri (39) Alimlər (135)Hərbçilər (38) Yazıçılar (37) Rəssamlar (37) Həkimlər (15) Musiqiçilər (40) Aktyorlar (19) Pedaqoqlar (108) Jurnalistlər (36)