Vasili Karbelov
Vasili Karbelov | |
---|---|
rus.: Карбелов Василий Григорьевич | |
Uşağı |
|
Peşəsi | keşiş (pravoslav) |
Vasili Qriqoryeviç Karbelov (rus.: Василий Григорьевич Карбелов) — pravoslav kilsə xadimi, 1885 – 1887-ci illərdə Nuxa Üçmüqəddəs kilsəsinin keşişi olmuş, eyni vaxtda həm də üçillik Nuxa şəhər məktəbində öz təriqəti üzrə dini dərs demişdir[1][2].
1889-сu ildə Tiflis Mixaylov xəstəxanasının feldşer məktəbində pravoslavlıq qaydalarından və gürcü dilindən dərs deyirdi[3]. 1916-ci ilə aid sənəddə Gürcüstan yeparxiyası ilahiyyat kilsə muzey komissiyasının daimi üzvü olaraq adı çəkilir[4].
Qardaşı Poliyevkt Qriqoreviç Karbelov 1883-cü ildə Tiflis yeparxial qadın məktəbində kilsə-slavyan nəğməsi və Gürcüstan kilsəsi fənni üzrə müəllim[5], 1905-1907-ci illərdə isə Tiflis Ançisxat kilsəsinin keşişi olub; Gürcüstan kilsəsinin avtokefallığı üçün çalışırdı[6].
Qızı Tamara Vasilevna Karbelova 1916-cı ildə Tiflis müq. Nina qadın təhsil müəssisəsində müəllim idi[7]. Oğlu Yelizbar Vasileviç Karbelov 1915-1916-cı illərdə aqronom olaraq dövlət qulluğunda çalışırdı[8][9]. Digər oğlu Şalva Vasileviç Karbelovu və qadaşı oğlu David Poliyevktoviç Karbelaşvilini Stalin represiyaları zamanı – 1938-ci il ildə, güllələyiblər[10][11].
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Кавказский календарь 1885, с. 87.
- ↑ Кавказский календарь 1887, с. 164.
- ↑ Кавказский календарь 1889, с. 62.
- ↑ Кавказский календарь 1916, с. 747.
- ↑ Кавказский календарь 1883, с. 750.
- ↑ Материалы об убийстве Экзарха Грузии Никона Софийский 2016, с. 305.
- ↑ Кавказский календарь 1916 (2), с. 747.
- ↑ Кавказский календарь 1915, с. 660.
- ↑ Кавказский календарь 1916 (3), с. 137.
- ↑ Открытый список 2019.
- ↑ Открытый список 2019 (2).
İstifadə olunmuş mənbələr[redaktə | əsas redaktə]
- Народныя училища. // Кавказский календарь. — Тифлис, 1885. — С. 87.
- Народныя училища. // Кавказский календарь. — Тифлис, 1887. — С. 164.
- Управление медицинскою частию на Кавказе. // Кавказский календарь. — Тифлис, 1889. — С. 62.
- Учреждения святейшаго правительствуюшаго синода. // Кавказский календарь. — Тифлис, 1916. — С. 747.
- Духовного ведомство православного исповедания. // Кавказский календарь. — Тифлис, 1883. — С. 75.
- Материалы об убийстве Экзарха Грузии Никона Софийский. — Тбилиси – Рязань, 2016. — С. 305.
- Учреждения министерства народного просвещения. // Кавказский календарь. — Тифлис, 1916 (2). — С. 747.
- Сельскохозайнственныя общества. // Кавказский календарь. — Тифлис, 1915. — С. 660.
- Учреждения министерства внутренних дела. // Кавказский календарь. — Тифлис, 1916 (3). — С. 137.
- Открытый список (2019). "Карбелов Шалва Васильевич (1892)" (Rus.). ru.openlist.wiki. 01 Oct 2019 tarixində arxivləşdirilib.
- Открытый список (2019 (2)). "Карбелашвили Давид Полиевктович (1893)" (Rus.). ru.openlist.wiki. 01 Oct 2019 tarixində arxivləşdirilib.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |