Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Məmmədşərif Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədşərif Həmidov
Həmidov Məmmədşərif Həbibulla oğlu
Məmmədşərif Həmidov
Məmmədşərif Həmidov.
Doğum tarixi 23 fevral 1917(1917-02-23)
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 14 fevral 1969 (51 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

Ali zabitlər məktəbi (– 1945)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (– 1960)
Hərbi fəaliyyəti
Rütbə CCCP army Rank general-major infobox.svg general-mayor
Təltifləri "Qırmızı Ulduz" ordeni "Qırmızı Ulduz" ordeni II dərəcəli "Vətən Müharibəsi" ordeni

Məmmədşərif Həmidov (1917 – 1969) — general-mayor, Azərbaycan KP MK üzvlüyünə namizəd, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan SSR-in hərbi komissarı.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

23 fevral 1917-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1932-ci ildə Nuxada texniki-peşə məktəbini,

1945-ci ildə Ali zabitlər məktəbini,

1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1929-cu ildən – 12 yaşından, Nuxadakı ipəksarıma fabrikində şagird peşəsində əmək fəaliyyətinə başlayıb.

1932-ci ildən V.İ.Lenin adına Nuxa İpək Kombinatında usta peşəsində,

1937 – 1940-cı illərdə isə Nuxa komsomol və partiya komitələrində müxtəlif vəzifələrdə çalışıb.

Hərbi xidmətdə[redaktə | əsas redaktə]

1940-cı ildən Sovet Ordusuna xidmətə çağırılıb. Böyük Vətən müharibəsində vzvod komandirinin köməkçisi, batalyon qərargahının rəisi, diviziya qərargah əməliyyatının bölmə rəisinin köməkçisi olub.

1946 – 1949-cu illərdə Xaçmaz rayon hərbi komissarı,

1949 – 1956-cı illərdə Azərbaycan SSR hərbi komissarlığında şöbə rəisi,

1956 – 1960-cı illərdə Bakı şəhəri hərbi komissarı,

1960 – 1969-cu illərdə Azərbaycan SSR-in hərbi komissarı vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]

1939-cu ildən Sov.İKP üzvü olub.

1966-cı ildə – Azərbaycan KP-nin 27-ci qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd,

1967-ci ildə isə 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Vəfatı[redaktə | əsas redaktə]

14 fevral 1969-cu il tarixdə – 51 yaşında, Göygöl – Gəncə avtomobil yolunda xidməti avtomobilinin qəzaya düşməsi nəticəsində həlak olub. Birinci Fəxri xiyabanda dəfn edilib.

Xatirəsi[redaktə | əsas redaktə]

Həlak olduğu yerdə (Göygöl – Gəncə avtomobil yolu kənarında) xatirə abidəsi qoyulub.

Adına küçə (Bakı), gəmi və məktəb (Şəki) var.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Məmmədşərif Həmidov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 196-197. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Həmidov Məmmədşərif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 230 – 231. — 1.000 nüsx.
  • Mete Ə. General Həmidov // O torpağın övladları. — Bakı: «Nurlan», 2006. — I  cild. — Səhifələrin sayı:  606. — Səh.: 432 – 434. — 500 nüsx.