Fərrux Yusifov
Fərrux Yusifov | |
---|---|
Yusifov Fərrux Oruc oğlu | |
![]() | |
Fərrux Yusifov, 1967-ci il | |
Doğum tarixi | 17 aprel 1916 |
Doğum yeri |
Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, ![]() |
Vəfat tarixi | 3 iyul 1976 (60 yaşında) |
Vəfat yeri |
Bakı, ![]() ![]() |
Vətəndaşlıq |
![]() |
İş yeri | SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri (1971 – 1976) |
Elmi dərəcəsi | elmlər doktoru |
Təhsili | Nuxa Pedaqoji Texnikumu; Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası |
Mükafatları |
![]() ![]() ![]() |
Fərrux Yusifov (Yusifov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru. Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960) və s. vəzifələrdə çalışmışdır, vəfat edərkən isə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri idi.
Haqqında daha ətraflı[redaktə | əsas redaktə]
1916-cı ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
Əvvəl pedaqoji orta (1940-ci ildən əvvəl), Böyük Vətən müharibəsindən sonra (1945) isə ali təhsil alıb, həmçinin Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirib.
İş yerləri[redaktə | əsas redaktə]
1940-cı ilədək kənd məktəblərində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində işləyib.
1950 – 1969-cu illərdə Azərbaycan KP MK-da instruktor, Azərbaycan KP Zaqatala rayon komitəsinin katibi, Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960), Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyi idarəsinin rəhbəri, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda mənəni-maarif kafedrasının müdiri və s. vəzifələrdə çalışıb.
1969 – 1976-cı illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda/SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda işləyib, 1971-ci ildən elmi kommunizim kafedrasının müdiri olub.
Elmi fəaliyyəti[redaktə | əsas redaktə]
Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.
İctimai fəallığı[redaktə | əsas redaktə]
Azərbaycan SSR Ali Sovetinə deputat, Azərbaycan Kommunist Partiyasının XXII və XXIII qurultaylarına nümayəndə seçilib.
Hərbi xidmət[redaktə | əsas redaktə]
1940-cı ildə hərbi xidmətə gedib, Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak edib.
Mükafatları[redaktə | əsas redaktə]
- "Qırmızı Ulduz" ordeni, 2 dəfə;
- 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni;
- döyüş medalları.
Xatirəsi[redaktə | əsas redaktə]
Şəki şəhərində bir küçəyə adı verilib.
Digər[redaktə | əsas redaktə]
Aidiyyəti linklər[redaktə | əsas redaktə]
- "ЮСУБОВ, ФАРРУХ ОРУДЖ ОГЛЫ" (русский). июня 15, 2019. 6 Jul 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 17 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1916-cı ildə doğulanlar
- 3 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1976-cı ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- I dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yaxşı məqalələr əlifba sırası ilə