Aydın Məmmədov (jurnalist)
Aydın Məmmədov | |
---|---|
Məmmədov Aydın Salis oğlu | |
![]() | |
Aydın Məmmədov, 2019. | |
Doğum tarixi | 28 fevral 1967 |
Doğum yeri |
Nuxa, ![]() ![]() |
Uşağı | Səkinə Məmmədova, Cavidan Məmmədov |
Atası | Salis Məmmədov |
Anası | Nuriyyə Hüseynova |
Vətəndaşlıq |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Muzey işi və tarixi abidələrin mühafizəsi |
![]() |
Aydın Məmmədov — “Şəkinin səsi” qəzetinin həmtəsisçisi və baş redaktoru, “İpəkçi” qəzetinin, Şəki Ensiklopediyasının baş redaktoru, ictimai və iqtisadi, elmi-tarixi mövzular üzrə araşdırmaçı.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
28 fevral 1967-ci il tarixdə Nuxada, ziyalı ailəsində[q 1] anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1974 – 1977-ci illərdə Şəki şəhər 10 №-li orta məktəbində,
1977 – 1984-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbində oxuyub.
1984 – 1985-ci illərdə Şəki Tibb Məktəbində sanitar-feldşer ixtisası üzrə təhsil almağa başlamış,
1987 – 1989-cu illərdə – hərbi xidmətdən sonra, eyni ixtisas üzrə təhsilini Bakı 2 №-li Tibb Məktəbində davam etdirmişdir.
2000 –2001 və 2003 – 2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsində, muzey işi və tarixi abidələrin mühafizəsi ixtisası üzrə bakalavr təhsili alıb.
12 – 13 noyabr 2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə müdafiə mexanizmlərinin vasitəsi ilə “İnsan hüquqları monitorinqi, qiymətləndirilməsi və hesabat verilməsi” mövzusunda keçirilmiş təlimdə iştirak edib.
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1989-cu ildən V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlayıb.
2009 – 2012-ci illərdə “İpəkçi” qəzetinin ştat üzrə redaktoru,
2012 – 2015-ci illərdə “Mədəni İrsin Qorunmasına Dəstək” İB-ndə ştat üzrə mütəxəssis vəzifəsində çalışıb.
2020-ci ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Baş Şabalıd Kənd Diyarşünaslıq Klubunda mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsində işləyir.
Publisistik və elmi fəaliyyəti[redaktə | əsas redaktə]
1989-cu ildən “Şəki fəhləsi” qəzetində Şəkinin tarixinə aid ilk məqalələri dərc olunmağa başlayıb.
1993-cü ildə atası Salis Məmmədovla birlikdə “Şəkinin səsi” qəzetini təsis ediblər və bu qəzetin redaktoru olub.
Xarici və respublika elmi nəşrlərində elmi-tarixi mövzularda məqalələri çap olunub;
2015-ci ildə “Ankarada Çubuk ve Çevresi” Beynəlxalq simpoziumunda iştirak etmiş və Türkiyə aparıcı KİV-ində adı çəkilmişdir[1][2]. Eyni vaxtda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı iqamətgahında təşkilatın rəhbəri Düsen Kaseyinov tərəfindən qəbul edilmişdir[3].
Hazırladığı ictimai və iqtisadi mövzularda xəbər və məqalələr Azərbaycanın aparıcı KİV-ində dərc olunur[4], yaxud Azərbaycanın aparıcı KİV-ində onun məqalələrinə istinadlar olunur[5][6][7][8][9]. Aydın Məmmədovun farscadan tərcümələrinə, elmi-tarixi mövzuda məqalələrinə, fikirlərinə isə elmi nəşrlərdə və elmi məqalələrdə[10][11][12][13], jurnalist araşdırmalarında[14] istinadlar edilir. 2019-cu ildə Türkiyənin “Akademik Tarih ve Düşünce Dergisi”ndə dərc olunmuş Teymurilər dövləti tarixinə dair Türkiyədə həyata keçirilmiş araşdırmaların siyahısında Aydın Məmmədovun müəllifi olduğu “İbn-i Arabşah’ın Ankara Savaşı’ından Dönen Emir Timur’un “Gel-Gör-Git” Kalesini Kuşatması Hakkında Yazdıkları” başlıqlı məqaləsinin adı da yer alıb[15].
Azərbaycan aparıcı KİV-inin mədəniyyət proqramlarında iştirak etmişdir[16].
Elmi nəşrlərdə dərc olunmuş məqalələri[redaktə | əsas redaktə]
- Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar. “Elm” qəzeti, 4 oktyabr, 2002-ci il.
- Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar. Jahrbuch Aserbaidschanforschung, Berlin, 2007.
- İbn Ərəbşahın məlum “Əcaibül-məqdur fi nəvaib timur” əsərində Şəkiyə dair naməlum bəhslər, “Elm” qəzeti, 30 oktyabr 2007-ci il.
- İbn-i Arabşah'ın Ankara savaş'ından dönen Emir Timur'un “Gel-Gör-Git” kalesi'ni kuşatması hakkında yazdıkları, Bütün yönleriyle Çubuk ve Çevresi (Uluslararası Sempozyumu). səh. 369 – 378. Ankara, 2016.
İctimai fəaliyyəti[redaktə | əsas redaktə]
2009-1017-ci illərdə DMOZ Açıq Kataloğunun azərbaycan, tatar, özbək, türkmən, uyğur, qırğız, başqırd dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə “Azerbaijan” kateqoriyasının və s. kateqoriyaların redaktoru olub[17].
Heç bir siyasi partiyanın üzvü deyil. İnsan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti var, 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir. Bələdiyyə seçkiləri ərəfəsində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən 6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyini irəli sürsə də, bələdiyyə seçkiləri ilə bağlı şikayətlərinə baxılmamasını əsas göstərərək namizədliyini irəli sürməyi dayandırmışdır.
Təltif və mükafatları[redaktə | əsas redaktə]
- İpəkçi” qəzetinin 85, və “Şəkinin səsi” qəzetinin 25 illik yubileyləri münasibətilə media sahəsində səmərəli fəaliyyətinə görə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı (13 iyun 2018-ci il).
Ailəsi[redaktə | əsas redaktə]
Ailəlidir bir oğlu və bir qızı var.
Qızı Səkinə Məmmədova idmanın müxtəlif növləri üzrə Bakı və Azərbaycan çempionatlarında dəfələrlə fərqlənmiş, Azərbaycan qadın milli kabaddi komandasının tərkibində Kabaddi üzrə Dünya Kuboku 2014-də iştirak etmiş, 2019-cu ilin 21-23 noyabr tarixləri arasında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında keçmiş Avropa çempionu, beynəlxalq dərəcəli usta Yelkan Tedeyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 19-cu Ümumrusiya turnirində bürünc medal qazanmışdır[18].
Digər[redaktə | əsas redaktə]
2014-cü ilin yanvarında Zaur Həsənovun intiharının səbəbkarlarının cəzalandırılması üçün Feysbuk sosial şəbəkəsində imzatoplama kompaniyası təşkil etmiş[19] və bu Azərbaycan aparıcı KİV-inin diqqətinə səbəb olmuşdur[20][21][22].
2016-cı il yanvarın sonunda baş nazirin müavininin iştirak etdiyi yığıncaqda çıxışı[23] da Azərbaycan aparıcı KİV-nin diqqətinə səbəb olmuşdur[24].
2016-cı ildə XII-XIII əsrlərə aid 134 ədəd Şirvanşahlar dövləti sikkəsini Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir.
Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbirinin Şəki xan qəbiristanlığında olduğunu və sonradan başdaşısının götürüldüyünü və Səltənət bəyimin anasının qəbri üzərində olmuş başdaşı hissəsini aşkar etmişdir[25].
Qeydlər[redaktə | əsas redaktə]
- ↑ Atası Salis Məmmədov “İpəkçi” qəzetinin redaktoru idi, daha sonralar o, Azərbaycan respublikasının Əməkdar jurnalisti oldu. Babası Məmmədsani Məmmədov həmin vaxt “Bakinskiy raboçiy” qəzetinin bölgə müxbiri idi, daha əvvəllər isə “Şəki fəhləsi” qəzetinin redaktoru olmuşdu, əslən Şamaxıdan (Fəxri Xiyabanda bizdən də bir nəfər var, yaxud Salis Məmmədovun maraqlı əsli-nəcabəti haqqında məktub) idi. Anası Nuriyyə Hüseynova, Əlixan Hüseyn ağa oğlu Şəkixanovun qızı, İsmayıl ağa Kərim ağa oğlunun nəvəsi idi.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Milliyet.com.tr
- ↑ Hurriyet.com.tr
- ↑ Bir neçə gün Ankarada - Beynəlxalq Çubuk simpoziumunda (8-11 oktyabr, 2015)
- ↑ Kamran Nəbizadə niyə ipəyi satmaq yolunu seçdi? (astna.biz)
- ↑ Haqqin.az, ОАО «Шеки-Ипек» приостановило деятельность
- ↑ “Şəki-İpək” ASC fəaliyyətini dayandırdı
- ↑ Azadliq.org “Şəki-İpək” fəaliyyətini dayandırıb
- ↑ Qafqazinfo.az, Cahangir Hacıyevin 50 milyonluq əməliyyatı
- ↑ Azadliq.info. İntihar edən sahibkarın qanı batırıldı.
- ↑ Əli Şamil, Qafqazda Qaqauz izləri və bölgə xalqlarinin dini inanclarina dair bəzi mülahizələr
- ↑ Ləman Vaqifqızı. Şəki folklor mühiti. Səh.: 20. Bakı, 2012.
- ↑ Həsən bəy Rumlu. Əhsənüt təvarix. (ISBN 978-605-030-641-5 ) Səh.: 365, qeyd: 1540. Kastamonu – 2017.
- ↑ Abdullayeva T.A. Şəki “Xan Sarayı”: mülahizələr, tarixi yanlışlıqlar və həqiqətlər
- ↑ Nəsrəddin Şah və onun hərəmxanası
- ↑ “Akademik Tarih ve Düşünce Dergisi”, № 6 (1), səh. 160.
- ↑ "Azadlıq" radiosunun "İz" Mədəniyyət proqramında, aparıcısı Sevda İsmayıllı, Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərargahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin www.almanach.be saytı redaksiyasının üzvü Pərvin Mirzəzadə ilə "mühacirətdə olan qəbirlər" mövzusunda diskussiyanın audio yazısı (10.12.2007):
- ↑ Editor profile.
- ↑ Sərbəst güləşçilər Səma Allahverdiyeva və Səkinə Məmmədova Rusiyadan medalla qayıtdılar (Turan İnformasiya Agentliyi)
- ↑ ipekchi.info, Zaur Həsənovun intiharı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət Prezident Administrasiyasına təqdim edildi.
- ↑ Azadlıq Radiosu, Arifə Kazımova, Prezidentə müraciət: “Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiz...”
- ↑ Haqqin.az, Народ требует наказать Саттара Мехбалыева
- ↑ Azadliq.info, İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın
- ↑ Sheki.today, Abid Şərifov və Şəkidən seçilmiş deputatlar Şəkidə ictimaiyyətin nümayəndələri ilə görüşdülər
- ↑ Haqqin.az: Абид Шарифов поехал и потряс Шеки
- ↑ F. X. Xoyskinin bacısının baş daşı "Şəki Xan qəbristanlığından "yığışdırılmış"dır!
Ədəbiyyat[redaktə | əsas redaktə]
Videolar[redaktə | əsas redaktə]
Həmçinin, bax:[redaktə | əsas redaktə]
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |