Ana səhifə
Hal-hazırda ensiklopediyada 770 məqalə var.
Ceyhun Əfəndi
Ceyhun Əfəndi – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir. 2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...
Arzu Cəlilova
Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır. 2004-cü ildə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − Akademik Qurban Cəlilovun oğlu idi. Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə...
Anadan olanlar (0) Vəfat edənlər (0)
4 – 5 mart
- Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Dil İnstitutunun direktoru Yaşar Qarayev (1936 – 2002) 5 mart 1936-cı il tarixdə Nuxada anadan olub.
Şəkil: Yaşar Qarayev, 2000-ci il.
Bilirsinizmi?
- 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib. O, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Xarkov Dövlət Rəssamlıq İnstitutunda təhsil almış, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır.
- 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini bir-bir skan edərək internetə tam yerləşdirdirdiyini və həmin ensiklopediyanı internet istifadəçiləri üçün əlçatan etdiyini bəyan edib. O, 26 may 1982-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub. Səki fizika riyaziyyat humanitar liseyini bitirib, Azərbaycan Neft Akademiyasında bakalavr, Blekinge Texnologiya İnstitutunda (İsveç) isə magistr təhsili alıb.
- 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.
- 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayevin Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
- 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.
- 20 noyabr 2020-ci il tarixdə ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə 66 yaşında Bakıda vəfat edib.