Şablon:Yeni məqalələrdən 6 nümunə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında altı yeni yaxşı məqalənin generasiyası üçündür; altı yeni yaxşı məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Zaman bəy Şixəlibəyov.

Zaman bəy Şixəlibəyov (1838 – 1904) — tərcüməçi, diplomat və dövlət xadimi, Rusiya İmperiyasının dövlət müşaviri (rus.: статский советник) mülki məmur rütbəsinə malik olub. Müxtəlif illərdə dörd dövlətə xidmət etmişdir: gənc yaşlarında Rusiya İmperiyasında quberniya katibi mülki məmur rütbəsində məmur kimi fəaliyyət göstərmiş, sonra Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türkistana göndərilənlər...


Bəxtiyar Məmmədov

Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır. Bir dəfə SSRİ Ali Sovetinin, dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı, bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. 1989-cu ildə – 64 yaşında, Bakıda vəfat edib.


Tələt Qasımov

Tələt Qasımov (1939 – 1999) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992). Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb; Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun...


Ceyhun Əfəndi, 2013-cü il

Ceyhun Əfəndi – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir. 2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...


Fərrux Yusifov

Fərrux Yusifov (1916 – 1976) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru, SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri. Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960) və s. vəzifələrdə də çalışmışdır.


Dinarə Əliyeva

Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018). 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib. Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb. 2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.