Sarıca
Yaşayış məntəqəsi
Sarıca
|
Sarıca — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şəki rayonu Qayabaşı kənd icra nümayəndəliyi tərəfindən idarə olunur. Qayabaşı kəndi ilə birlikdə Qayabaşı bələdiyyəsinin tərkibindədir.
Tarixi[redaktə | əsas redaktə]
Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur.
Əvvəllər qəsəbə olmuş, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək kənd hesab edilmişdir[1].
Coğrafiyası və iqlimi[redaktə | əsas redaktə]
Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlican çayı keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur.
Əhalisi[redaktə | əsas redaktə]
Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır.
Mədəniyyəti[redaktə | əsas redaktə]
Kənddə bir orta ümumtəhsil məktəbi, uşaq bağçası, ictimai tədbirlərin təşkili üçün mədəniyyət mərkəzi vardır.
İqtisadiyyatı[redaktə | əsas redaktə]
Əhalisi kənd təsərrüfatının əkinçilik və maldarlıq sahəsi ilə məşğul olur. Azərbaycanın əsas taxılçılıq mərkəzlərindən biridir.
İstinadlar[redaktə | əsas redaktə]
Xarici keçidlər[redaktə | əsas redaktə]
İstinadlar[redaktə | əsas redaktə]
|