Əsas menyunu aç

TarixiRedaktə

Kənd haqqında əvvəlki dövrlərdə olduğu kimi müasir dövrdə də çox az məlumat var.

Bu kəndin tarixi Şəki şəhərinin tarixi kimi qədimdir. Kənddə eramızdan əvvəlki əsrlərdə ilk yaşayış məskənləri salınmışdır. Erkən orta əsrlərə (4-5 əsrlər) aid olan və hal-hazırda zədələnmiş halda qalan Qədim Alban Məbədi və onun ətrafında tapılan qəbir abidələri Qırxbulaq kəndində qədim alban tayfalarının yaşadıqlarını sübut edir. Tikinti və şum zamanı müxtəlif qəbirlərin tapılması, sel daşqınları nəticəsində torpağın yuyulması ilə üst-üstə (3 qəbir) qəbirlərin üzə çıxması kəndin ərazisində qədim insan məskənlərindən xəbər verir. Kəndin üç tərəfdən uca dağlarla əhatəyə alınması qədim insanlar üçün əlverişli yaşayış məskəninə çevrilmişdir. Sel daşqınları nəticəsində yaranan yarğanların birindən tapılmış saxsı küpün içərisindəki çoxsaylı sasani pulları kəndin Sasani dövlətinin ticarət mərkəzlərindən biri olduğunu təsdiqləyir. Tapılmış qəbir abidələri həm İslamdan əvvəlki, həm də islamdan sonrakı dövrlərə aiddir.

Əvvəlki adı Qırbulaq olmuş, bir müddətVayvay adlandırılmış və sonradan illərdə əvvəlki tarixi adı olan Qırxbulaq adlandırılmışdır[1]. Qırxbulaq kəndinin gözəl təbiəti,sağlam ruhlu,zəhmətkeş,qanaqpərvər insanları var.Kəndin yuxarı hissəsində dərələrdən cıxan bulaqlar əhalinin su təminatını qismən ödəyir.Kəntdə kulub,kitabxana,həkim məntəqəsi fəaliyyət göstərir..Kəndin tarixi abidələri tam tədqiq edilməyib.

Coğrafiyası və iqlimiRedaktə

Qırxbulaq kəndi Şəkidən 10 km məsafədə, Şəki-Oğuz yolu üstündə yerləşir.

ƏhalisiRedaktə

Hazırda 100 evdən ibarət olan Qırxbulaq kəndində 454 nəfər yaşayır ki, onun da 233 nəfəri kişi, 221 nəfəri isə qadındır. .

İqtisadiyyatıRedaktə

Kənddə əhali əsasən maldarlıqəkinçiliklə məşğul olur.

İstinadlarRedaktə