Bu məqalə yaxşı məqalələr sırasına daxildir

"Məmməd Çələbiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
 
Sətir 37: Sətir 37:
 
  |Vikianbar        =  
 
  |Vikianbar        =  
 
}}
 
}}
'''Məmməd Çələbiyev''' (''Çələbiyev Məmməd Musa oğlu''; {{d.}} 1 aprel 1923-cü il, [[İnçə]], [[Nuxa qəzası]], Azərbaycan SSR, ZSFSR – {{ö.}} 3 avqust 1987-ci il, [[Şəki]], Azərbaycan SSR, SSRİ) - azərbaycanlı yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, [[Əhmədiyyə Cəbrayılov|Əhmədiyyə Cəbrayılovun]] Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının  müəllifidir; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.
+
'''Məmməd Çələbiyev''' (''Çələbiyev Məmməd Musa oğlu''; {{d.}} 1 aprel 1923-cü il, [[İnçə]], [[Nuxa qəzası]], Azərbaycan SSR, ZSFSR – {{ö.}} 3 avqust 1987-ci il, [[Şəki]], Azərbaycan SSR, SSRİ) yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, [[Əhmədiyyə Cəbrayılov|Əhmədiyyə Cəbrayılovun]] Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının  müəllifidir; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

Səhifəsinin 23:19, 1 avqust 2020 tarixinə olan son halı

Məmməd Çələbiyev
Çələbiyev Məmməd Musa oğlu
Məmməd Çələbiyev
Məmməd Çələbiyev, 1970
Təxəllüsü Şəkili
Doğum tarixi 1 aprel 1923(1923-04-01)
Doğum yeri İnçə, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR
Vəfatı 3 avqust 1987 (64 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili
  • Nuxa Pedaqoji Texnikumu (1937 – 1940);
  • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (1952 – 1956)

Məmməd Çələbiyev (Çələbiyev Məmməd Musa oğlu; d.  1 aprel 1923-cü il, İnçə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR – ö.  3 avqust 1987-ci il, Şəki, Azərbaycan SSR, SSRİ) – yazıçı və dramaturq, 4 bədii kitabın, o cümlədən, Əhmədiyyə Cəbrayılovun Fransa müqavimət hərakatında iştirakına dair “Haronnaya gəlin gəlir” kitabının müəllifidir; qələmə aldığı dram əsərlərindən üçü sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub.

Haqqında məlumatlar[redaktə]

1923-cü ildə Nuxa qəzasının İnçə kəndində anadan olub.

1930 – 1937-ci illərdə İnçə kənd məktəbində,

1937 – 1940-cı illərdə Nuxa Pedaqoji Texnikumunda təhsil alıb.

1940-cı ilin 8 martından Nuxa rayonunun Aşağı Şabalıd kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb.

1941-ci ilin 22 dekabrında Sovet Ordusu sıralarına çağırılıb.

Stalino, Mateyevka, Cənubi Ukrayna cəbhələrində vuruşub, 1942-ci ildə ağır yaralanıb və ordudan tərxis olunub.

1943 – 1961-ci illərdə İnçə-Zunud 7 illik kənd məktəbində müəllim, direktor müavini və direktor işləyib.

1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil alıb.

1961 – 1972-ci illərdə “Şəki fəhləsi” qəzetinin redaksiyasında şöbə müdiri və məsul redaktor,

1972 – 1974 -ci illərdə Şəki Pedaqoji Texnikumunda,

1974 – 1987-cü illlərdə Şəki Musiqi Texnikumunda dil və ədəbiyyat müəllimi işləyib.

1987-ci ildə Şəki şəhərində vəfat edib.

Yaradıcılığı[redaktə]

1956-ci ildən ədəbi yaradıcılığa başlayıb. Hekayələri respublika qəzet və jurnallarında, Şəkidə çıxan qəzetlərdə çap olunub. “Qızlar bəzək sevir” povesti “Azərbaycan” jurnalında (1965, №5-6) dərc olunub. “Təmkin” povesti həm “Azərbaycan” jurnalında (1971, №3) və həm də ayrıca kitab kimi "Yazıçı" nəşriyyatında (1983) çap olunub. Qələmə aldığı dram əsərlərindən üçü öz sağlığında Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulub: “Hökm” (1981), “Fədai” (1983), Yaşıl işıq (1985).

Kitabları[redaktə]

  • Təmkin – “Yazıçı” nəşriyyatı, 1983;
  • Bir yay günü – “Yazıçı” nəşriyyatı, 1987;
  • Zoğal ağacları – “Mütərcim” nəşriyyatı, 1998;
  • Haronnaya gəlin gəlir – “Mütərcim” nəşriyyatı, 1998.

İstifadə edilmiş mənbə[redaktə]