Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Müjkan Məmmədzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Müjkan Məmmədzadə
Məmmədzadə Müjkan Əbdüləli qızı
Müjkan Məmmədzadə
Müjkan Məmmədzadə

Doğum tarixi 8 avqust 1983 (1983-08-08) (36 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (bakalavriatura, 2001 – 2005; magistratuara 2011 – 2013); Təhsil Problemləri İnstitutu (doktorantura, 2014 - ?), Naxçıvan Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi (201? – 2019)

Müjkan Məmmədzadə (Məmmədzadə Müjkan Əbdüləli qızı; d.  8 avqust 1983-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – 2020-ci ildən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin üzvü və Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri. 2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində, 2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində məsul vəzifələr tutub. Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür.

Haqqında məlumatlar

1983-cü ildə Bakıda anadan olub.

Təhsili

2000-ci ildə Bakı şəhər 278 saylı orta məktəbi bitirib.

2001 – 2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bakalavr,

20011 – 2013-cü illərdə isə magistr təhsili alıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Təhsil aldığı illərdə akademiyanın YAP Gənclər Birliyinin və Tələbə Elmi Cəmiyyətinin sədri olub.

2014-cü ildə fəlsəfə doktoru proqramı üzrə Təhsil Problemləri İnstitutunun doktoranturaya qəbul olunub.

201? – 2019-cu illərdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.

İş yerləri

2005 – 2008-ci illərdə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində mütəxəssis, aparıcı mütəxəssis,

2008 – 2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist, bölmə müdiri,

2014 – 2017-ci illərdə Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri,

2017 – 2018-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində nazir müavinin köməkçisi – aparıcı məsləhətçi,

2018 – 2019-cu illərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsində Ümumi sektorun müdiri vəzifəsində işləyib.

23 dekabr 2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində ümumi səsvermənin nəticələrinə uyğun olaraq Nərimanov Rayon Bələdiyyəsinin üzvü seçilib.

2020-ci ildən Nərimanov Rayon Bələdiyyəsinin Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədridir.

Pedaqoji fəaliyyəti

2005 – 2006-cı illərdə Bakı Turizm Kollecində,

2006 – 2007-ci illərdə Beynəlxalq Kollecdə,

2007 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində,

2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində,

2018-ci ildən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müqavilə əsasında müəllim vəzifəsində çalışır.

Elmi fəaliyyəti

60-dan çox Beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısı,

70-dan çox elmi məqalənin, bakalavr pilləsi üçün 1 proqramın və Başqırdıstan Dövlət Universitetinin “Türk filologiyası: Gənc alimlərin tədqiqatlarında müasir yanaşmalar” mövzusunda Beynəlxalq elmi konfransın materiallarından ibarət jurnalın Azərbaycan üzrə redaksiya heyətinin üzvüdür.

İstifadə edilmiş mənbə