Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Ceyhun Əfəndi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ceyhun Əfəndi
Əfəndiyev Ceyhun Vüsal oğlu
ing. Jeyhun Efendi
Ceyhun Əfəndi
Ceyhun Əfəndi, 2013-cü il

Doğum tarixi 1978(1978-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan

Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1979-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair Hikmət Ziyanın nəvəsidir.

Haqqında məlumatlar

1979-cu ildə Bakıda anadan olub.

Təhsili

1986-cı ildə Bakı şəhərindəki 174 saylı məktəbin birinci sinfinə gedib.

1994-cü ildə Texas Universitetinə (ABŞ) qəbul olunub. Sonra təhsilini “Qərb” Universitetində tamamlayıb. Daha sonra Bredford Universitetində (Böyük Britaniya) МВА (ing. eM-Bi-Ey – master of business administration) diplomu alıb.

Əmək fəaliyyəti

1997-ci ildə “Emireyts” (ing. Emirates) aviokompaniyasının Bakı ofisində işləməyə başlayıb. Həmin vaxt aviokompaniya rəhbərliyi MDB və Bakı reyslərinin inkişaf etdirilməsində maraqlı olub. Amma ki 1999-cu ildə bu reyslərin rentabelli olmadığı məlum olur və bununla əlaqədar olaraq aviokompaniyanın Bakı ofisi bağlanır, Ceyhun Əfəndi isə aviokompaniyanın Dubayda yerləşən mərkəzi ofisində işləməyə göndərilir. Ceyhun Əfəndi orada bir müddət satış üzrə menecer vəzifəsində çalışır. Amma “Emireyts” rəhbərliyinin MDB reyslərinə marağı hələ bitməmişdi, MBD ölkələrinə birbaşa aviareyslərin açılması perspektivlərinin müəyyənləşdirilməsi üçün şöbə yaradılır və şöbəyə rəhbərlik etmək Ceyhun Əfəndiyə tapşırılır.

2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində də çalışıb.

2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti olub.

Ədəbiyyat

Натали Александрова (30 Января, 2013 в 12:28). Коммерческий директор авиакомпании flydubai Джейхун Эфенди: «Невозможно быть честным в работе и лжецом в личной жизни» (ru). 1news.az. Archived from the original on 20 Oct 2017 - 23 Jan 2018. https://web.archive.org/web/20180123073449/https://1news.az/news/kommercheskiy-direktor-aviakompanii-flydubai-dzheyhun-efendi-nevozmozhno-byt-chestnym-v-rabote-i-lzhecom-v-lichnoy-zhizni.