Ana səhifə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z Əd.

Məqalə sayı: 440

Yeni məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Çingiz Xəlifəzadə

Çingiz Xəlifəzadə

Çingiz Xəlifəzadə (Xəlifəzadə Çingiz Müzəffər oğlu; d.  17 fevral 1931-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, sedimentologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti geoloji-kəşfiyyat fakültəsinin məsləhətçi-professoru, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının akademiki, Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan SSR-in əməkdar geoloqu, Vyetnam Demokratik Respublikasının əməkdar neft sənayesi işçisi. Çökmə süxurların mineralogiyası, petroqrafiyası və geokimyası onun çalışdığı əsas elm sahələridir. 310 məqalə, 56 tezis, 3 dərslik, 8 monoqrafiya, 3 patentin müəllifidir...

Seçilmiş məqalələrdən nümunələr (6 məqalə, ixtiyari dəyişir)

Arzu Cəlilova

Arzu Cəlilova.

Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır. 2004-cü ildə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − Akademik Qurban Cəlilovun oğlu idi. Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb...


Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-13.png


Yeni materiallar əsasında

Bilirsinizmi?

Nadir Əhmədov
  • Azərbaycan Respublikasının sabiq rabitə naziri Nadir Əhmədov 10 may 2020-ci il tarixdə 80 yaşında vəfat edib. O, 1940-cı ildə Nuxa rayonunun Aşağı Layısqı kəndində anadan olmuşdu. 1985-ci ildən 1997-ci ilədək rabitə nazirinin müavini, 1997-ci ildən 2004-cü ilədək isə rabitə naziri olub.

Vüqar Kərimov
  • 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.

Perviz Abbasov
  • 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub, daha əvvəl — 2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi idi.

Aydın Süleymanlı, Moskva 27 fevral 2020-ci il
  • 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. O, 2019-cu ilin oktyabr ayında isə Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmışdır. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.

Asger Xalilov.jpg
  • 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. O, 4 may 1955-cu tarixdə Nuxada anadan olmuşdur.

Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.


  • Teymur Rüstəmov9.jpg
    Teymur Rüstəmov (Rüstəmov Teymur Aslan oğlu; d.  17 noyabr 1960-cı il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tanınmış heykəltaraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri...
  • Əliyar bəy Əmircanov.jpg
    Əliyar Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d.  17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu (1922 – 1927)...
  • Abdulali bey Amirjanov.jpg
    Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi...
  • Müjkan Məmmədzadə.jpg
    Müjkan Məmmədzadə (Məmmədzadə Müjkan Əbdüləli qızı; d.  8 avqust 1983-cü il, Bakı, Azərbaycan SSR, SSRİ) – 2020-ci ildən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin üzvü və Yerli Ekologiya Məsələləri Daimi Komissiyasının sədri...
  • Səlhab Məmmədov.jpg
    Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d.  1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini...
  • Xəlifəzadə Çingiz.png
    Çingiz Xəlifəzadə (Xəlifəzadə Çingiz Müzəffər oğlu; d.  17 fevral 1931-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, sedimentologiya üzrə elmlər doktoru...
Şəki Ensiklopediyasının ən yeni məqalələrindən 6 nümunə
  • Mövsüm Salamov.jpg
    Mövsüm Əsgər oğlu Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent. 1905-ci ildə Nuxada anadan olub...
  • Albert Mustafayev 2019b.jpg
    Albert Mustafayev − görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi...
  • Round temple.JPG
    Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi...
  • Arzu Cəlilova.jpg
    Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı...
  • Aslan Rüstəmov.jpg
    Aslan Rüstəmov — görkəmli azərbaycanlı heykəltəraş və ilk azərbaycanlı medalyer, bir çox monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, Moskva və Leninqrad Zərbxanalarında tökülmüş 24 ədəd xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifi...
  • Şəki xanları və xanzadələri.jpg
    Səlim xan — Şəki xanı (1795-1797, 1805-1806 ), hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün 1805-ci ildə xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da...
Şəki Ensiklopediyasının seçilmiş məqalələrindən 6 nümunə

Şəkinin tarixi haqqında məlumat verən mənbələr (0)Şəkinin tarixi haqqında məlumat verən müəlliflər (2)1826-cı ilədək Şəki hakimləri, xanları və s. (0)Şəkidən çıxmış görkəmli şəxslər (13)Şəkidən çıxmış dövlət xadimləri (3)Şəkidən çıxmış alimlər (70)Şəkidən çıxmış hərbçilər (0)Şəkidən çıxmış şair və yazıçılar (2)Şəkidən çıxmış rəssam və heykəltəraşlar (15)Şəkidən çıxmış həkimlər (6)Şəkidən çıxmış musiqiçilər (21)Şəkidən çıxmış aktyorlar (0)Şəkidən çıxmış pedaqoqlar (7)Şəkidən çıxmış jurnalistlər (1) Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər, 2019 (30)