Ana səhifə
Məqalə sayı: 755
Dinarə Əliyeva
Dinarə Əliyeva – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Böyük teatrın (Moskva, Rusiya federasiyası) solisti, Azərbaycan Respublikasının xalq artisti (2018).
2004-cü ildə isə Bakı Musiqi Akademiyasını bitirib. Daha sonra Bakı Musiqi Akademiyasının aspiranturasında təhsil alıb.
2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
2009-cu ildən Böyük teatrın (Moskva, Rusiya federasiyası) solistidir.
Səlim xan
Səlim xan — Şəki xanı (1795 – 1797, 1805 – 1806), hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün 1805-ci ildə xanlığını Rusiya İmperiyasının tərkibinə qatmışsa da, 1806-cı ildə bacısının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, bundan 4 ay sonra əks-hücuma keçən ruslara silahlı müqavimət göstərmiş, lakin sonda məğlub olaraq 500 nəfərlik dəstəsi ilə İrana keçmişdir. O, hakimiyyətini geri qaytarmaq ümidiylə bir neçə dəfə İrandan silahlı dəstə ilə Şəkiyə yürüş etsə də uğur qazana bilməyərək geri çəkilmiş, bir müddət İranda yaşadıqdan sonra 1818-ci ilin dekabrında Bağdad paşasının yanına gedərək Osmanlı dövlətindən siyasi sığınacaq istəmişdir. Ona aylıq 2500 quruş maaş təyin edilmiş, əvvəl Ərzurumda, sonra isə Ankarada yaşamaq izni verilmişdir. Həccə getmək istəyərkən, 12 aprel 1826-cı il tarixdə Ankara yaxınlığındakı Kırşehrdə vəfat edib...
Anadan olanlar (1) Vəfat edənlər (0)
24 yanvar
- Peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri, Azərbaycan SSR xalq artisti Əşrəf Həsənov (1909 – 1983) 24 yanvar 1909-cu il tarixdə Nuxada anadan olub.
Şəkil: Oturan: Üzeyir Hacıbəyov; Soldan sağa: Qara Qarayev, Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənov — 1941-ci il.
Bilirsinizmi?
- 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb.
- 30 iyul 2020-ci il tarixdə musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi Faiq Çələbiyev vəfat edib.
- 20 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə akademik Fəxrəddin Qədirova “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
- 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
- 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub.
- 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.
- 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.