Məqalə sayı: 751
Tələt Qasımov
Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).
Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur...
Nuxa Üçmüqəddəs kilsəsi
Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. Binası indiki Şəki şəhərindəki qalanın daxilində idi və hal-hazırda da sağlam vəziyyətdə orada durur; ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir. 1851-ci ildən 1916-cı ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib...
Anadan olanlar (1) Vəfat edənlər (0)
13 – 14 yanvar
- Teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti, ilk azərbaycanlı travist (oğlan rolları oynayan aktrisa) Barat Şəkinskaya (1914 – 1999) 14 yanvar 1999-cu il tarixdə – 84 yaşında, Bakıda vəfat edib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.
Şəkil: Barat Şəkinskaya.
Bilirsinizmi?
- 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb.
- 30 iyul 2020-ci il tarixdə musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi Faiq Çələbiyev vəfat edib.
- 20 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə akademik Fəxrəddin Qədirova “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
- 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
- 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub.
- 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.
- 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.