Əsas menyunu aç

Amil Salamov (Salamov Amil Hüseyn oğlu; d. 1 mart 1930-cu ildə, Nuxa, Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 7 iyul 1999-cu il, Şəki, Azərbaycan Respublikası) – peşəkar rəssam, 1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının, 1977-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Amil Salamov
Salamov Amil Hüseyn oğlu
Amil Salamov
Amil Salamov, 1970-ci il
Doğum tarixi 1 mart 1930(1930-03-01)
Vəfat tarixi 7 iyul 1999 (69 yaşında)
Vəfat yeri Nuxa, Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1945 – 1950)

Haqqında məlumatlarRedaktə

1 mart 1930-cu il tarixdə Nuxada anadan olub.

TəhsiliRedaktə

1945 − 1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Hərbi xidmətRedaktə

1950 – 1954-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib.

İş yerləriRedaktə

1954 – 1999-cu illərdə Nuxadakı/Şəkidəki pionerlər evində, pedaqoji texnikumunda, 10 №-li orta məktəbdə rəsm müəllimi, ipəkçilik texnikumunda, M.Füzuli adına mədəniyyət və istirahət parkında rəssam kimi fəaliyyət göstərib.

YaradıcılığıRedaktə

Yaradıcılığının əsas istiqaməti qrafika və rəngkarlıq olub.

Rəssamlar İttifaqındaRedaktə

1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının üzvü və İttifaqın Şəki şöbəsinin rəhbəri,

1977-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

VəfatıRedaktə

7 iyun 1999-cu il tarixdə vəfat edib.

ƏdəbiyyatRedaktə