Əli Əhmədov
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Əli Davud oğlu Əhmədov — çəkməçi, ”Əməkdar mədəniyyət işçisi” (19.09.1991)
Əli Əəhmədov | |
---|---|
Əli Davud oğlu Əhmədov | |
Doğum tarixi | 7.8.1934 |
Doğum yeri | Şəki |
Vəfat tarixi | 4.3.2016 |
Vəfat yeri | Baki seheri |
Vətəndaşlıq | Azerbaycanli |
HəyatıRedaktə
Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub[1]. Adını nənəsi qoyub.
Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur[2]. 1952-ci ilə qədər burada çalışmışdır.
Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin “Xəmsə”sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir[3].
1952-ci ildə doğulduğu Şəkidən Bakıya köçmüşdür. Əvvəlcə burda bir sexdə işləmişdir. 1959-cu ildə isə xalq artisti Əlibaba Abdullayev onu Dövlət Filarmoniyasına işə götürmüşdür.
1954-1957-ci illərdə Sibirdə və Almatıda hərbi xidmətdə olmuşdur.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında rəqqaslarının ayaq geyimlərini çəkməçi Əli kişi tikir.
Əli dayı 25 il tanınmış rəssam Tahir Salahova, Aşıq Şəmşirə, Rəşid Behbudova və başqalarına ayaqqabı tikmişdir[3].
Əli Əhməıdov 19 sentyabr 1991-ci ildə[4] ”Əməkdar mədəniyyət işçisi” adını alıb[3].
Onun haqqında 20 şair şeir yazıb, 52 qəzet məqalə dərc edib. Onun şairlərdən yaxın dostu Bəxtiyar Vahabzadə olmuşdur.
Onun haqqında yazan müəlliflər içərisində Osman Mirzəyev, Hacıbaba Hüseynov da var. Yaxın günlərdə ona kitab bağışlayanlardan biri də Vaqif Səmədoğlu olub.
Rima Kazakovanın “Master Ali”, onun türk variantı olan və Ankarada çapdan çıxan “Qonduraçı Ali” şeiri də Əli Əhməıdov həsr olunub.
Həmçinin baxRedaktə
İstinadlarRedaktə
- ↑ "Aynadakı mən" verilişi (Xəzər TV)
- ↑ “Könül verdiyin iş ucaldar, könül vermədiyin qocaldar səni”
- ↑ 3,0 3,1 3,2 Nizamini, Füzulini, Seyid Əzimi əzbər bilən alim kimi çəkməçi...
- ↑ "M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 1991-ci il tarixli, 345 nömrəli Fərmanı (azərb.)