Əsas menyunu aç

Şablon:Yeni məqalələrdən 6 nümunə

Bu şablon Şəki Ensiklopediyasında altı yeni yaxşı məqalənin generasiyası üçündür; altı yeni yaxşı məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Rəşid bəy Əfəndiyev.

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oğlu d.  24 may 1863-cü il, Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö.  31 avqust 1942-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı pedaqoq və ilk etnoqraf alim. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) də müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir.

1942-ci il avqust ayının 31-də – 79 yaşında, Nuxada vəfat etmiş, Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn edilmişdir.


Əliyar Əmircanov

Əliyar Əmircanov (Əmircanov Əliyar bəy Hacı bəy oğlu; d.  17 may 1897-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  + 1945, Zaparojye, Ukarayna SSR, SSRİ) — Berlin Ali Texniki Məktəbinin məzunu (1922 – 1927), Leninqrad Elmi-Tədqiqat Dizel İnstitutunda avtomobil dizellərinin layihələndirilməsi üzrə mühəndis vəzifəsində işləyib (1932-ci ildən). 1935-ci ildə siyasi ittihamla həbs edilsə də ittiham sübuta yetirilmədiyi üçün həbsdən azad edilib və Leninqradda işinə davam edib; 1945-ci ildən sonra Zaporojyeyə ezamiyyətdə olarkən orada xəstələnib və vəfat edib, orada da dəfn edilib. 1922-ci ildə Berlində təhsil alarkən, Məhəmmədəmin Rəsulzadənin ona məktub yazdığı və onu etibarlı şəxs hesab etdiyi məlumdur. General-polkovnik Tofiq Ağahüseynovun dayısıdır...


Səlhab Məmmədov

Səlhab Məmmədov (Məmmədov Səlhab İsa oğlu; d.  1 aprel 1943-cü il, Nuxa, Azərbaycan SSR, SSRİ ) — Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektoru. Azərbaycanda, Rusiya Federasiyasının Moskva, Peterburq şəhərlərinda və başqa xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.

Oğlu Elxan Məmmədov AFFA-nın baş katibidir...


Çingiz Xəlifəzadə

Çingiz Xəlifəzadə (Xəlifəzadə Çingiz Müzəffər oğlu; d.  17 fevral 1931-ci il, Nuxa, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alim, sedimentologiya üzrə elmlər doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti geoloji-kəşfiyyat fakültəsinin məsləhətçi-professoru, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının akademiki, Beynəlxalq Ekoenerji Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan SSR-in əməkdar geoloqu, Vyetnam Demokratik Respublikasının əməkdar neft sənayesi işçisi. Çökmə süxurların mineralogiyası, petroqrafiyası və geokimyası onun çalışdığı əsas elm sahələridir. 310 məqalə, 56 tezis, 3 dərslik, 8 monoqrafiya, 3 patentin müəllifidir...


Əbdüləli bəy Əmircanov

Əbdüləli bəy Əmircanov (Əmircanov Əbdüləli bəy Şirəli bəy oğlu; d.  1870-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  15 may 1948-ci il, İstanbul, Türkiyə Respublikası) – azərbaycanlı dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ikinci nazirlər kabinetində maliyyə naziri postunu tutmuş, Azərbaycan Parlamentinin üzvü olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra Türkiyəyə - İstanbula gedib. 1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin 1927-ci ildəki birinci və 1928-ci ildəki ikinci heyətinin üzvü olub.

1948-ci ildə İstanbulda vəfat edib...


Səbuhi Məmmədov

Səbuhi Məmmədov (Məmmədov Səbuhi Məmməd oğlu; d.  8 oktyabr 1959-cu il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı rəssam, Şəki Şəhər İncəsənət Məktəbində rəssamlıq şöbəsinin müdiri və müəllim (1988-ci ildən), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997-ci ildən ). Bakıda Əzim Əzimzadə adına Rəssamlıq məktəbində (1974 – 1978) və Leninqradda V.İ.Muxina adına Ali Boyakarlıq-Sənaye məktəbinin (A.L.Ştiqlis adına Sankt-Peterburq Boyakarlıq-Sənaye Akademiyası) qrafika fakültəsində təhsil alıb (1982 – 1987) . 1988-ci ildən Şəki şəhər İncəsənət Məktəbində rəssamlıq şöbəsinin müdiri və müəllim vəzifəsində işləyir. 1988-ci ildən SSRİ Gənc Rəssamlar Birliyinin, 1997-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...