Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Zaqatala-Şəki mahalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
6 iyul 1929-cu il tarixili "Şəki fəhləsi" qəzeti. Qəzet Zaqatala-Şəki mahal Kommunist bolşeviklər Firqəsi İcraiyyə Komitəsinin və mahalın Həmkarlar bürosunun orqanı kimi nəşr olunub.
12 yanvar 1930-cu il tarixili "Şəki fəhləsi" qəzeti. Qəzet Zaqatala-Şəki mahal Kommunist bolşeviklər Firqəsi İcraiyyə Komitəsinin və mahalın Həmkarlar bürosunun orqanı kimi nəşr olunub.

Zaqatala-Şəki mahalı — 1929-1931-ci illərdə Azərbaycan SSR-də inzibati ərazi. Şəki qəzası ilə Zaqatala qəzasının birləşdirilməsi nəticəsində yaradılmışdır. Zaqatala-Şəki mahalı Şura İcraiyyə Komitəsinin sədri Xəlil Ağamir oğlu Ağamirov[1] olub. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının internetə yerləşdirdiyi “İnzibati ərazi vahidləri” adlı PDF faylda göstərilir ki, bu mahal VI Ümumazərbaycan Sovetlər qurultayının 8 aprel 1929-cu il qərarı ilə yaradılmış[q 1], Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə ləğv edilərək yerində Zaqatala və Nuxa dairələri yaradılmışdır.

Qeydlər[redaktə]

  1. Mənbədə “Zaqatala-Nuxa dairəsi” adı ilə göstərilir.

İstinadlar[redaktə]

  1. Агамиров Халил Агамир оглы (ru). Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. Archived from the original on 5 Jan 2009 - 11 Oct 2019. https://web.archive.org/web/20191011062410/http://www.knowbysight.info/AAA/08900.asp. 


Mənbə[redaktə]