Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Teymur Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Teymur Rüstəmov
Rüstəmov Teymur Aslan oğlu
Teymur Rüstəmov
Teymur Rüstəmov
Doğum tarixi 17 noyabr 1960 (1960-11-17) (59 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili
  • Əzim Əzimzadə adına Rəssamlıq məktəbi;
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası
Mükafatları "Tərəqqi" medalı

Teymur Rüstəmov (Rüstəmov Teymur Aslan oğlu; d.  17 noyabr 1960-cı il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tanınmış heykəltaraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri. Görkəmli heykəltəraş və medalyer Aslan Rüstəmovun oğlu, Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı oğlu, tanınmış heykəltəraş Mahmud Rüstəmovun qardaşı, tanınmış bloger, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri Aytən Rüstəmovanın həyat yoldaşıdır.

Haqqında məlumatlar[redaktə]

1960-cı ildə Bakıda anadan olub.

Bakıda Əzim Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcı işləri Azərbaycanda və başqa ölkələrdə təşkil olunmuş bir çox incəsənət sərgilərində nümayiş etdirilib və dəfələrlə mükafatlanıb.

Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsi, ümummilli lider Heydər Əliyevin abidəsi, Mirməmməd Cavadzadənin xatirə abidəsi onun, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birgə işidir.

2012-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.

2017-ci ildən Tacikistanda yaşayır və yaradıcı fəaliyyətini orada davam etdirir.

Aidiyyəti linklər[redaktə]