Məmmədəmin Əsgərzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədemin Əsgərzadə
Məmmədemin Əsgərzadə
Məmmədemin Əsgərzadə

Doğum tarixi 1919
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 2009
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Peşəsi həkim
Milliyyəti azərbaycanlı

Məmədəmin Əsgərzadə ( Əskərzadə Məmmədemin Əskər oğlu; d.  1919, Nuxa, Azərbaycan SSR, SSRİ – ö.  2009, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı həkim, Böyük Vətən müharibəsi iştirakçısı, “Qırmızı Ulduz” ordeninin üc qat kavaleri, polkovnik-leytenant.


Haqqında məlumatlar[redaktə]

1919-cu ildə Nuxa şəhərində anadan olub. 14 yaşı olarkən Bakıda işləyən böyük qardaşı Saleh Əsgərzadənin yanına gedib. Daha sonra Bakıda Tibb İnstitutuna daxil olub. Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayır və o, Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziyanın həkimi olur, Qafqazdan Belqradadək döyüş yolu keçir. Bu diviziya Belqrad şəhərinin azad edilməsi şərəfinə «223-cü “Qızıl Bayraq”lı Belqrad atıcı diviziyası» adlandırılır. Diviziyanın polk komandirlərindən biri – Baxış Mehdiyev, 1983-cü ildə rusca çap olunmuş «223-cü Belqrad “Qızıl Bayraq”lısı» adlı kitabında Məmmədemin Əsgərzadə haqqında təəssüratlarını belə bölüşüb:

" Qarın nahiyəsinin yaralanması çöl cərrahiyyəsi üçün çox ağır hadisədir. Əgər yaralanandan 1-2 saat sonra cərrahiyyə əməliyyatı keçirmək mümkün olarsa da belə yaradan sağ qalmaq çox nadir halda mümkün olurdu. Cərrah Əsgərzadə əllərini yuyub əlcəklərini taxınca tibb bacıları yaralını soyundurub əməliyyata hazırlayırdılar. ...Emin Əsgərzadə əməliyyat masasına yaxınlaşır. Efir damcıları masanın üzərinə tökülür, yaralının nəfəsi getdikcə sakitləşir. Cərrahın lanseti qarın nahiyəsinin içinə daxil olur, dərini kəsir, sonra piy qatını götürür. Tibb bacısı dayanmadan pambıq tomponlarıyla axan qanı yığır. Əsgərzadənin sifətindəki əzələlər gərginləşir.

- Efir əlavə edin! Əsgərzadə Emin ehtiyatla sanki xırda qırma ilə doğranmış bağırsaqları aralayır.

- Güllə yan tərəfdən dəyib, bütün bağırsaqlar yaralanıb – cərrahın alnında yaranmış qırışlar tər damcılarıyla örtülür.

Tibb bacıları həyəcan və ümidlə cərrahın hərəkətlərini izləyirlər. Onlar ümid etmək istəyirlər ki cərrahın qızıl əlləri bu dəfə də qalib gələcəklər. Axı neçə dəfə möcüzə baş vermişdi! Neçə dəfələr bu əllər sönən həyat işığını ölümün cəbhəsindən qopara bilmişdi! Bu cərrah barədə “möcüzə yaradan” insan kimi danışırdılar. Gənc həkimlər onun yanında assistent olmağı özlərinə şərəf hesab edirdilər, yaşlı həkimlər isə onun xüsusi, qeyri-adi bəxtəvərliyə malik olduğunu deyirdilər.

Əsgərzadə bir qədər qapalı adam idi, çox danışmaqla arası yox idi. Ancaq əməliyyat ərəfəsində onun sakit inadkarlığı, müayinə zamanı əllərinin xəstəyə toxunma tərzi, yaralanma şəraitinə dair verdiyi suallar yaralı döyüşçülərə sakitləşdirici təsir edir, sağ qalacaqlarına onlarda inam yaradırdı. Onlar hətta - “bu həkim səninlə bir qədər danışan kimi elə bil yüngülləşirsən, - deyə döyüşçülər Emin Əsgərzadə barəsində söyləyirdilər.

"

2009-cu ildə – 91 yaşında, Bakıda vəfat edib.

Ailəsi[redaktə]

Mövsüm Salamov bacı-qardaşları ilə birlikdə (Birinci sırada soldan: Saleh Əsgərzadə, Səidə Salamova, Vahid Salamov; İkinci sırada sağdan: Qurbanəli Salamov, Mövsüm Salamov, Məmmədəmin Əsgərzadə)

.

  • Atası: Əsgər Salamov, dəmirçi.
  • Anası: Mariyə Hacı Zəkəriyyə qızı.
  • Qardaş-bacıları: 1 bacısı və 4 qardaşı olub (şəkildə adları göstərilir).
  • Qızı Məlahət Əskərzadə həkim - kardioloqdur.