Ana səhifə
Məqalə sayı: 755
Zaman bəy Şixəlibəyov
Zaman bəy Şixəlibəyov (1838 – 1904) — Rusiya İmperiyasında dövlət müşaviri (rus.: статский советник), tərcüməçi və diplomat; müxtəlif illərdə dörd dövlətə xidmət etmişdir – gənc yaşlarında Rusiya İmperiyasında quberniya katibi olmuş, sonra Osmanlı dövlətinin nümayəndəsi kimi İstanbuldan Türkistana göndərilənlər arasında yer almış, daha sonra Yeddişəhər əmirinin nümayəndəsi kimi ruslarla danışıqlarda iştirak etmiş və nəhayət, 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında Türkistan general-qubernatorun dəftərxanasında tərcüməçi vəzifəsində çalışmış, həmçinin, rəsmi səfərlərdə Buxara əmirini müşayiət etmişdir.
Mövsüm Salamov
Mövsüm Salamov – Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi (1978), “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət tarixi-memarlıq qoruq-muzeyinin ilk direktoru, şərqşünas, dosent. 1905-ci ildə Nuxada anadan olub. Atası dəmirçi idi. Molla məktəbində ilk təhsilini aldıqdan sonra 12 yaşından atasının emalatxanasında işləməyə başlayıb. 1920-ci ildə Nuxada yeni təşkil edilmiş gecə məktəbinə yazılır və 1922-ci ildə oradan Bakıya Fəhlə fakültəsinə – Rabfaka, oxumağa göndərilir. 1926-cı ildə Fəhlə fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olur. Tələbə ikən – 1929-cu ildə, Azərbaycanı tədqiq və təəbbö cəmiyyətinə işə götürülmüşdü. 1930-cu ildə universiteti bitirdikdən sonra təhsilini 1932-ci ilədək Azərbaycan Dövlət elmi Tədqiqat İnstitutunun aspiranturasında davam etdirib. 1934-cü ildə Azərbaycan Dövlət muzeyinə direktor təyin olunub və SSRİ xalqları kafedrası üzrə dosent elmi adı alıb...
Anadan olanlar (1) Vəfat edənlər (1)
25 yanvar
- Peşəkar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, professor Tofiq Yusifov 25 yanvar 1957-ci il tarixdə Nuxa rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.
Şəkil: Tofiq Yusifov.
Bilirsinizmi?
- 11 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb.
- 30 iyul 2020-ci il tarixdə musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi Faiq Çələbiyev vəfat edib.
- 20 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda elmin inkişafında xidmətlərinə görə akademik Fəxrəddin Qədirova “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
- 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.
- 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub.
- 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.
- 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.