Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Əsgər Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əsgər Xəlilov
Xəlilov Əsgər Sabir oğlu
Asger Xalilov.jpg
Əsgər Xəlilov

Doğum tarixi 4 may 1955 (1955-05-04) (65 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Moskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976); SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbi (1978 – 1980)
Rütbə general-leytenant
Vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada 27 fevral 2020
Təltifləri Azərbaycan Bayrağı ordeni - lent (2009).png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Vətənə xidmətə görə I, II və III dərəcəli ordeni.png Azərbaycan Respublikasının “Rəşadət” ordeni (1-ci dərəcə) - lent.jpg "Hərbi xidmətlərə görə" medalı "Vətən uğrunda" medalı Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png

Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlu; d.  4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – general-leytenant, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı olub.

Haqqında məlumatlar[redaktə]

1955-ci ildə Nuxa şəhərində anadan olub.

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirib və Moskva şəhərindəki Ali Sərhədçilər Məktəbinə daxil olub.

1976-cı ildə Ali Sərhədçilər Məktəbində təhsilini tamamlayaraq Sərhəd Zastavasında xidmətə başlayıb.

1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırmış, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirmişdir.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 – 1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib; 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və general-mayor hərbi rütbəsi alıb.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub. 2018-ci il avqustun 16-dan general-leytenant hərbi rütbəsi daşıyır.

27 fevral 2020-ci il tarixdə “Rəşadət” ordeni ilə təltif edilməklə yanaşı, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Mükafatları[redaktə]

  1. “Hərbi xidmətlərə” görə medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
  5. III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medal;
  6. III dərəcəli “Rəşadət" ordeni (2020)

...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif edilib.

İstifadə edilmiş mənbələr[redaktə]