Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Ənvər Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ənvər Həmidov
Həmidov Ənvər Mustafa oğlu
Ənvər Həmidov
Ənvər Həmidov
Doğum tarixi 17 iyul 1937(1937-07-17)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 mart 2014 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Mərdəkan qəsəbəsi, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri namizədi
Təhsili

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ( – 1962)

Mərkəzi Travmatologiya və Ortopediya İnstitutu, aspirantura (1968 – 1971, Moskva)

Ənvər Həmidov (Həmidov Ənvər Mustafa oğlu; d. 17 iyul 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 20 mart 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) — həkim-travmataloq, tibb elmləri namizədi (1971). 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul olub; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

17 iyul 1937-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1954-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbi,

1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1968 –1971-ci illərdə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası üzrə aspirant təhsili alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1962 – 1968-ci illərdə Nuxa Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah işləyib.

1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində çalışıb.

1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə rəhbərlik edib.

1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi vəzifəsində işləyib.

1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi olub.

2000 – 2014-cü illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[redaktə | əsas redaktə]

1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.

Digər[redaktə | əsas redaktə]

1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.

1982 – 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,

1985 – 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,

1990 – 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

Səhiyyə əlaçısı və əmək veteranı idi.

Kitabları[redaktə | əsas redaktə]

  1. “Ekologiya və sağlamlıq” (Bakı, 1990).
  2. “Torpağımız, məhsullarımız və sağlamlığımız” (Bakı, 1990).
  3. “Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu.
  4. “O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur.
  5. “Loğmanlar” (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri, müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib.
  6. “İblis xislətli erməni” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009).
  7. “İntellektual ekologiya” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012).

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Nadir Əhmədov (23-05-2014). "Mənalı həyat yolu". http://medeniyyet.az (azərb.). medeniyyet.az. 15 Jun 2019 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
  • "Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib" (azərb.). 21 Jul 2020 tarixində arxivləşdirilib.