Şablon:Yeni məqalələrdən 6 nümunə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Bu şablon Şəki Ensiklopediyasında altı yeni yaxşı məqalənin generasiyası üçündür; altı yeni yaxşı məqalənin xülasənin Ana səhifədə avtomatik yerləşdirilməsi üçün istifadə edilir.

Xülasələr aşağıdakı kimi görünəcəkdir ↓


Rəşid bəy Əfəndiyev.

Rəşid bəy Əfəndiyev (Əfəndiyev Rəşid bəy İsmayıl bəy oğlu d.  24 may 1863-cü il, Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Rusiya İmperiyası – ö.  31 avqust 1942-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı pedaqoq və ilk etnoqraf alim. Azərbaycan məktəbləri üçün “Uşaq bağçası” adlı əlifba dərsliyinin (1889, İstanbul) və “Bəsirətül-Ətfal” adlı qiraət dərsliyinin (1901, Bakı) də müəllifidir. Şeirlər, təmsillər, hekayələr və pyeslər də qələmə almış, həmçinin, rusca bədii ədəbiyyat nümunələrini azərbaycan dilinə tərcümə etmişdir.

1942-ci il avqust ayının 31-də – 79 yaşında, Nuxada vəfat etmiş, Nuxadakı Xoçik qəbirstanlığında, həyat yoldaşı ilə eyni qəbirdə dəfn edilmişdir.


Ənvər Həmidov

Ənvər Həmidov (Həmidov Ənvər Mustafa oğlu; d. 17 iyul 1937-ci ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ – ö. 20 mart 2014-cü ildə, Bakı, Azərbaycan Respublikası) — həkim-travmataloq, tibb elmləri namizədi (1971). 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur.

Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul olub; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.


Tələt Qasımov

Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).

Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq mharibəyə gedib, 1942-ci ildə itkin düşüb;

Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur...


Ceyhun Əfəndi, 2013-cü il

Ceyhun Əfəndi (Əfəndiyev Ceyhun Vüsal oğlu; d. 1978-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidenti. Şair, tərcüməçi, jurnalist Hikmət Ziyanın nəvəsidir.

2006-ci ildə Ceyhun Əfəndi bir il “Emireyts” aviokompaniyasının Banqkokda yerləşən Tailand və Hind-Çin üzrə ofisinin direktoru vəzifəsində çalışıb. 2007-ci ildən isə “Emireyts” aviokompaniyasının törəmə şirkəti olan “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir...


Fərrux Yusifov

Fərrux Yusifov (Yusifov Fərrux Oruc oğlu; d. 17 aprel 1916-cı ildə, Kiş, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 3 iyul 1976-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet partiya, dövlət, elm və təhsil xadimi, pedaqoq, elmlər doktoru.

Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (1954 – 1957), Azərbaycan KP MK Nuxa şəhər komitəsinin birinci katibi (1957 – 1960) və s. vəzifələrdə çalışmışdır, vəfat edərkən isə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun elmi kommunizm kafedrasının müdiri idi.


Amil Salamov

Amil Salamov (Salamov Amil Hüseyn oğlu; d. 1 mart 1930-cu ildə, Nuxa, Zaqatala-Şəki mahalı, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 7 iyul 1999-cu il, Şəki, Azərbaycan Respublikası) – peşəkar rəssam, 1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının, 1977-ci ildən isə SSRİ Rəssamlar İttifaqının üzvü olub.

1 mart 1930-cu il tarixdə Nuxada anadan olub. 1945 − 1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.1954 – 1999-cu illərdə Nuxadakı/Şəkidəki pionerlər evində, pedaqoji texnikumunda, 10 №-li orta məktəbdə rəsm müəllimi, ipəkçilik texnikumunda, M.Füzuli adına mədəniyyət və istirahət parkında rəssam kimi fəaliyyət göstərib.