Şəkixanovların evi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Tarixi abidə
Şəkixanovların evi
Qurğuşunlu otaq
Şəkixanovların evinin görünüşü
Şəkixanovların evinin görünüşü
Ölkə Azərbaycan
Şəhər Şəki
Banisi Məhəmmədhüsey xan
Status muzey
Şəkixanovların evi (Yuxarı Baş)
Red pog.png
Koordinatlar 41°12′07″N 47°11′24″E / 41.202°N 47.190°E / 41.202; 47.190 Map marker.svg41°12′07″N 47°11′24″E / 41.202°N 47.190°E / 41.202; 47.190

Şəkixanovların eviŞəkinin qoruq ərazisində yerləşən və Azərbaycan memarlığının ən unikal abidələrindən biri.

Arxitekturası[redaktə]

Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir.

Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada "buxarılar" yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub.

İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycan şairi Nizaminin "Yeddi gözəl", "Leyli və Məcnun" poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli "şəbəkə" ilə işlənib.[1]

Qalareya[redaktə]

Divar rəsmləri[redaktə]

Memarlığı[redaktə]

İstinadlar[redaktə]

Həmçinin bax[redaktə]

Xarici keçidlər[redaktə]