Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Vahid Qəniyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Vahid Qəniyev
Qəniyev Vahid Hüseyn oğlu
Vahid Qəniyev
Vahid Qəniyev, 2019-cu il

Doğum tarixi 26 aprel 1929 (1929-04-26) (91 yaş)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948 – 1953)
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni"Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Vahid Qəniyev – Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədri; 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin, 1975 – 1991-ci illərdə isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Haqqında məlumatlar[redaktə]

26 aprel 1929-cu il tarixdə Nuxa şəhərində anadan olub.

Təhsili[redaktə]

1947-ci ildə Nuxa M.Qorki adına 10 №-li orta məktəbi bitirib.

1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[redaktə]

1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.

1965-ci ilin əvvəllərində bir müddət Qax Suvarma Sistemləri İdarəsinin rəisi,

1965-ci ilin ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyib.

1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1975-ci ilin aprel ayından isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1991-ci ilədək həmin vəzifədə çalışıb.

1992-ci ildə Şəki-İsmayıllı zonası İstismar İstehsalat birliyinin rəisi vəzifəsinə təyin edilib.

2005-ci ilin dekabr ayında Əyriçay SAİİ-nin rəisi vəsifəsində əmək fəaliyyətini tamamlayıb.

İctimai və siyasi fəaliyyəti[redaktə]

1958-ci ildən Sov.KP üzvü idi.

1971, 1976, 1981, 1986-cı illərdə Azərbaycan KP-nın XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi olub.

1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1990-cı ildə 330 nömrəli Şəki rayon Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülmüşdür.

Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.

Təltif və mükafatları[redaktə]

Həmçinin, bax:[redaktə]

Video[redaktə]

İstinadlar[redaktə]

  1. "Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub". http://sheki-ih.gov.az (azərb.). www.sheki-ih.gov.az. 2019-04-27. 22 Dec 2019 – 20 Feb 2020 tarixində arxivləşdirilib.

İstifadə edilmiş əsas mənbə[redaktə]