Sina Bərköz

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sina Bərköz
Sina Bərköz
Doğum tarixi 15 may, 1936
Doğum yeri İstanbul, Türkiyə

Sina Bərköz Azərbaycan əsilli alim, memar, akademik

Həyatı[redaktə]

Kökcə Azərbaycana bağlı dünya şöhrətli memar Prof. Dr. Sina Bərköz, Şəkidə doğulmuş, 1905-də ailəsiylə birgə Türkiyəyə mühacirət etmiş və sonralar Türkiyə Jandarmasının Baş Komutanı olmuş general-polkovnik Mehmet Nuri Bərköz’ün (1889-1975) oğlu, T.C. Üçüncü Ordusunun komandanı və T.C. Milli Təhlükəsizlik Təşkilatının Baş katibi olmuş ordu generalı Mahmud Bərköz’ün (1895-1989) qardaşı oğludur. Ana tərəfdən də yenə Türkiyə Ordusunda general olmuş Şəkili Darğazadə Həsən Behcət paşanın (1863-1925) nəvəsidir.

Sina Bərköz 1936-cı ildə İstanbulda doğulub. 1960-da İstanbul Texnik Universiteti memarlıq fakültəsini bitirərək “yüksək mühəndis memar” adı alıb. 1968-də “doktor mühəndis”, 1972-də “universitet dosenti” və 1979-da da “universitet professoru” akademik ünvanlarını qazanıb.

Fəaliyyəti[redaktə]

1960-1972-ci illər arasında İstanbul Texnik Universiteti memarlıq fakültəsində tədris üzvü (müəllim) yardımçısı, 1972-1982-ci illər arasında da tədris üzvü (müəllim) olaraq çalışıb. Bu dönəm içində 1969-1971-ci illərdə Amerika Birləşmiş Ştatlarında KornellKanzas universitetlərində Fulbright proqramı çərçivəsində müəllim olaraq dərs verib və araşdırmalar aparıb. 1980-1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də yurda döndükdən və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texnik Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.

1992-də Memar Sinan Universitetinin memarlıq fakültəsində müəllimlik edib. 1997-də Səudiyyə Ərəbistanında King Feysəl Universiteti memarlıq və planlama fakültəsindən aldığı təkliflə Memar Sinan Universitetinin icazəsiylə həmin fakültənin yapım bilimi və texnologiyası bölümündə 1998-1999-cu tədris ilinin sonunadək qonaq professor vəzifəsində çalışıb.

2000-də Memar Sinan Universitetindən öz istəyi ilə təqaüdə çıxaraq Bəhreyn Universitetinin mühəndislik fakültəsində professor olaraq vəzifə tutub. İndi də bu universitetdəki akademik və idari vəzifələrinə davam etməkdədir

İxtisas sahələri[redaktə]

İxtisas sahələri yapım texnologiyası (Building Technology) və yapım proje yönətimidir (Construction Project Management). Yapım proje yönətimi ixtisası daxilində özəlliklə bilgisayar dəstəkli araşdırma və tətbiq mövzuları ilə maraqlanmaqdadır.

Üzv olduğu təşkilatlar[redaktə]

Prof. Dr. Sina Bərköz Avstraliyada yayınlanan “Architectural Science Review” adlı dərginin 1976-cı ildən 2000-ci ilədək redaksiya heyətinin üzvü vəzifəsini daşıyıb (Bəhreynə gedərkən bu vəzifəni buraxıb); ABŞ-dakı PMI-Project Management Institute, CMAA - Construction Management Association of America ilə ACCE - American Council for Construction Education adlı qurumların da üzvü olub.