Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Sahib Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sahib Əliyev
Əliyev Sahib Məmməd oğlu
Sahib Əliyev2.jpg
Sahib Əliyev, 2009-cu il

Doğum tarixi 16 mart 1962 (1962-03-16) (58 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Rütbə polkovnik-leytenant
İstefada 2015
Təltifləri "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalıAzərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.pngQüsursuz xidmətə görə III dərəcəli medalı - lent.pngQüsursuz xidmətə görə II dərəcəli medalı - lent.pngAzərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı - lent.pngAzərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı - lent.png"Qüsursuz xidmətə görə" I dərəcəli medalıHərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medalı - lent.png "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı

Sahib Əliyev (Əliyev Sahib Məmməd oğlu ; d.  16 mart 1962, Nuxa, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı.

Haqqında məlumatlar[redaktə]

1962-ci ildə Nuxada anadan olub.

1969 – 1979-cu illərdə Şəki şəhərindəki 10 saylı məktəbdə oxuyub.

1979 – 1984-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisası üzrə təhsil alıb; institutu fərqlənmə diplomu ilə və leytenant hərbi rütbəsi bitirib.

1984 – 1986-ci illərdə təyinat ilə Xəzərdənizneft Xüsusi texniki vasitəli dəniz kəşfiyyat qazma idarəsinin “Şelf-2” qazma qurğusunda mexanik, böyük mexanik vəzifələrində işləyib.

1986 – 1988-ci illərdə Orta Asia Hərbi Dairəsində hərbi xidmətdə olub; hərbi xidmətdən baş leytenant rütbəsi ilə tərxis olunub.

1988 – 1992-ci illərdə OADKYC (DOSAAF) 2 saylı Bakı Birləşmiş Texniki məktəbində işləyib.

1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək hərbi xidmətə keçmək istəyini bildirib. Onun müraciəti müsbət qarşılanmış və Müdafiə Nazirliyinin Tank və Zirehli Texnika Xidmətinin baş zabiti vəzifəsinə götürülmüşdür; ardınca, Ağdam, Qubadlı, Zəngilan, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında baş vermiş döyüşlərdə tankçı zabit kimi iştirak etmişdir.

2015-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunsa da, əmək fəaliyyətini mülki mütəxəssis kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyində davam etdirir.

Müharibə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.

Ailəlidir, iki oğlu var.

Mükafatları[redaktə]

  1. "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı – 23.02.1988 ;
  2. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı – 26.06.2003;
  3. "Qüsursuz xidmətə görə" III dərəcəli medalı – 26.06.2003;
  4. "Qüsursuz xidmətə görə" II dərəcəli medalı – 26.06.2008;
  5. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı – 19.07.2008;
  6. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013))" yubiley medalı – 24.06.2013;
  7. "Qüsursuz xidmətə görə" I dərəcəli medalı – 24.06.2013.
  8. "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı – 24.06.2014;
  9. "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı – 26.06.2018;