Sabit Rəhman

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu
Sabit Rəhman
Sabit Rəhman
Doğum tarixi 26 mart 1910(1910-03-26)
Doğum yeri Nuxa, Nuxa qəzsı, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 23 sentyabr 1970 (60 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyasıFlag of the Soviet Union.svg SSRİ
Mükafatları "Qırmızı Əmək Bayrağı" ordeni

Sabit Rəhman (Mahmudov Sabit Kərim oğlu; d.  26 mart 1910-cu ildə, Nuxa, Nuxa qəzası, Yelisavetpol quberniyası, Rusiya İmperiyası — ö.  23 sentyabr 1970-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — yazıçı, dramaturq, Azərbaycanın SSR əməkdar incəsənət xadimi.

Haqqında məlumatlar[redaktə]

Poçt markası (2000).

26 mart 1910-cu il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə]

Yaradıcılığı[redaktə]

1926 – 1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdiyi felyetonlarla ədəbi yaradıcılığa başlayıb.

1931-ci ildə “Pozğun” adlı ilk hekayələr məcmuəsi çap olunub.

Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.

1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. BakıŞəki şəhərlərində onun adına küçə vardır.

Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri[redaktə]

  • Hekayələri:

"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".

  • Povestləri:

"Vəfasız", "Son faciə".

  • Pyesləri:

"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.

  • Romanı:

"Nina".

Kitabları[redaktə]

Sabit Rəhmanın xatirə lövhəsi (Bakı)
  1. Pozğun (hekayələr). Bakı: 1931
  2. Şirin bülbül (hekayələr). Bakı: 1933
  3. Vəfasız (povest). Bakı: 1933
  4. Xəyalplov. Bakı: 1938
  5. Son faciə (povest). Bakı: 1939
  6. Hüseyn Ərəblinski (povest). Bakı: 1948
  7. Hədiyyə.Bakı: 1949

Filmoqrafiya[redaktə]

  1. Arşın mal alan (film, 1945) - (ssenari müəllifi)
  2. O olmasın, bu olsun (film, 1956) - (ssenari müəllifi)
  3. Koroğlu (film, 1960) - (ssenari müəllifi)
  4. Əhməd haradadır? (film, 1963) - (ssenari müəllifi)
  5. Ulduz (film, 1964) - (libretto müəllifi)
  6. Hicran (teatr tamaşası, 1983) - (ssenari müəllifi)
  7. Şirin bülbül (film, 2000) - (əsərin müəllifi)
  8. Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)

Mənbə[redaktə]

  • Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106.

Xarici keçidlər[redaktə]

Vikianbarda Sabit Rəhman ilə əlaqəli mediafayllar var.