Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Səbinə Hacıyeva

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Səbinə Hacıyeva
Hacıyeva Səbinə Xalid qızı
Səbinə Hacıyeva
Səbinə Hacıyeva, 2014
Doğum tarixi 13 oktyabr 1971 (1971-10-13) (49 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti, memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrası, müdir (2015-ci ildən)
Elmi dərəcəsi memarlıq üzrə elmlər doktoru (2014)
Elmi adı professor (2019)
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, memarlıq fakültəsi (1994)
Atası Xalid Hacıyev
Mükafatları "Tərəqqi" medalı

Səbinə Hacıyeva (Hacıyeva Səbinə Xalid qızı; d.  13 oktyabr 1971-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı memar-alim, memarlıq üzrə elmlər doktoru (2014), Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru (2019) və memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri (2015), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü (2012), Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü.

Haqqında məlumatlar[redaktə]

1971-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

Təhsili[redaktə]

1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə ay yarım Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyində(en) (JCIA) “Yaşayış tikintilərinin qanunları” (“Housing policy”) mövzusunda ixtisasartıra kursunda,

2001-ci ildə isə dörd ay Oksford Universitetində (Mayami, ABŞ) ACTR/ACCELS(en) – ABŞ beynəlxalq təhsil təşkilatı, tərəfindən təşkil edilmiş proqramda (RSEP) iştirak edərək ixitasını artırıb.

İş yerləri[redaktə]

1994 – 2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin landşaft memarlığı kafedrasında müəllim,

2001 – 2017-ci illərdə abidələrin bərpası və mühafizəsi laboratoriyasının müdiri olub.

2005-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında çalışır,

2015-ci ildən həmin kafedranın müdiridir.

Elmi fəaliyyəti[redaktə]

1998-ci ildə “Azərbaycanın xristian və müsəlman memarlıq abidələrinin qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və elmlər namizədi elmi dərəcəsi alıb.

2004-cü ildə dosent elmi adını alıb.

2013-cü ildə “Azərbaycanın Şimal - Qərb regionunun memarlıq irsi, onun qorunma və istifadəsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib,

2014-cü ildə memarlıq üzrə elmlər doktoru elmi dərəcəsi,

2019-cu ildə isə professor elmi adını alıb.

150-yə yaxın elmi əsərin, o cümlədən Azərbaycanın memarlıq irsinin tədqiqinə və qorunmasına həsr edilmiş 5 kitabın həmmüəllifi, 2 monoqrafiyanın müəllifidir.

Həmmüəllifi olduğu bərpa layihələri[redaktə]

  • Şəki rayonunun Kiş kəndindəki kilsənin bərpası və muzeyləşdirilməsinə həsr edilmiş Azərbaycan – Norveç “KİŞ” layihəsi (2001 – 2003, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
  • Qəbələ rayonunun Nic kəndindəki kilsənin bərpasına həsr edilmiş Azərbaycan – Norveç “NİC” layihəsi (2003 – 2005, G.H.Məmmədova və T.H.Abdullayev ilə birlikdə);
  • Qax rayonunun Qum kəndindəki kilsənin konservasiyasına həsr edilmiş Azərbaycan – ABŞ “Qum” layihəsinin (2005 – 2006, G.H.Məmmədova ilə birlikdə).

Azərbaycan Memarlar İttifaqında[redaktə]

1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür.

2012-ci ildə İdarə Heyətinin üzvü seçilib.

Beynəlxalq Memarlıq Akademiyasında[redaktə]

2015-ci ildən Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professoru,

2016-ci ildən Azərbaycan Akademik Mərkəzinin elmi katibi,

2017-ci ildən Moskva bölməsinin müxbir üzvüdür.

Mükafatları[redaktə]

İstifadə edilmiş mənbələr[redaktə]

  • Azərbaycan Memarlar İttifaqı (12 Fevral, 2018). "Hacıyeva Səbinə Xalid qızı". www.uaa.az (azərb.). Azərbaycan Memarlar İttifaqı. 29 May 2020 tarixində arxivləşdirilib.