Qurtuluş Süleymanlı
Qurtuluş Süleymanlı | |
---|---|
Cabbarov Qurtuluş Məmmədiyyə oğlu | |
![]() | |
Qurtuluş Süleymanlı | |
Doğum tarixi | 29 oktyabr 1942 |
Doğum yeri |
Nuxa, Nuxa rayonu, ![]() ![]() |
Vəfatı | 14 dekabr 2020 (78 yaşında) |
Vəfat yeri |
Şəki, ![]() |
Atası | Məmmədiyyə Cabbarov |
Təhsili |
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, dil və ədəbiyyat fakültəsi ( – 1968) Bakı Ali Partiya Məktəbi (1973 – 1975) |
Fəaliyyət illəri | 1957 – 2010 |
İlk əsəri | “Ana” şeiri |
Qurtuluş Süleymanlı (1942 – 2020) – şair, yazıçı, publisist, 2003 – 2010-cu illərdə 4 kitabı çap olunub. Müxtəlif illərdə Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki rayon radio verilişləri redaksiyasının böyük redaktoru və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
1942-ci ildə Nuxada anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirib.
1973 – 1975-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1960-cı ildə V.İ.Lenin adına Nuxa İpək kombinatında toxucu kimi əmək fəaliyyətinə başlayıb.
1965-ci ildən, əvvəl Nuxa şəhər Mədəniyyət evində təlimatçı, sonralar isə Nuxa şəhər mədəniyyət şöbəsində inspektor, radio verilişləri redaksiyasının böyük redaktoru, Şəki şəhər partiya komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri, Şəki şəhər mədəniyyət şöbəsinin müdiri, Şəki şəhər İcra hakimiyyətinin humanitar şöbəsində baş məsləhətçi, Şəki şəhər təhsil şöbəsində inspektor, AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifələrində çalışıb.
Yaradıcılıq fəaliyyəti[redaktə | əsas redaktə]
1957-ci ildə – 7-ci sinifdə oxuyarkən, “Nuxa fəhləsi” qəzetində dərc olunmuş “Ana” şeiri ilə ədəbi fəaliyyətə başlayıb. Həmin ildə “Səbuhi” ədəbi məclisinə üzv qəbul edilib. Şeirləri, hekayələri, oçerkləri, publisist yazıları müxtəlif illərdə yerli (“İpəkçi”, “Şəkinin səsi”, “Şəki”), digər bölgə (“Mingəçevir işıqları”) və respublika (“Ədəbiyyat və İncəsənət”, “Azərbaycan müəllimi”, “Sərbəst düşüncə”, “Ocaq”, “Sovet kəndi”, “İnşaatçı”, “Ekran-efir”, “İdman”, “Gənc müəllim”, “Mədəniyyət”, “Azərbaycan gəncləri”) qəzetlərində, respublika jurnallarında (“Azərbaycan qadını”, “Mədəni maarif işi”, “Təşviqatçı”, “Göyərçin”, “Günəş”, “Təbiət”) dərc olunub, bəziləri isə radio və televiziyada səsləndirilib.
Kitabları[redaktə | əsas redaktə]
- Günəşli dünyam.
- İnsan ol.
- Şəkim mənim.
- Dünya və insan.
Vəfatı[redaktə | əsas redaktə]
14 dekabr 2020-ci il tarixdə – 78 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
Ədəbiyyat[redaktə | əsas redaktə]
- Orsər R. Qurtuluş Süleymanlı // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 1942. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- 29 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1942-ci ildə doğulanlar
- 14 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yaxşı məqalələr əlifba sırası ilə