Qeysər Xəlilov
Qeysər Xəlilov | |||||||
---|---|---|---|---|---|---|---|
Xəlilov Qeysər Veysəl oğlu | |||||||
![]() | |||||||
Qeysər Xəlilov, 1991-ci il | |||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Sələfi | vəzifə təsis olunub | ||||||
|
|||||||
Xələfi | komitə ləğv edilib | ||||||
Doğum tarixi | 9 oktyabr 1929 | ||||||
Doğum yeri |
Nuxa, Nuxa rayonu, ![]() ![]() ![]() |
||||||
Vəfat tarixi | 7 aprel 2000 | (71 yaşında)||||||
Vəfat yeri |
Bakı, ![]() |
||||||
Vətəndaşlığı |
![]() ![]() |
||||||
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946 – 1951) | ||||||
Elmi dərəcəsi | fəlsəfə elmləri doktoru | ||||||
Elmi adı | professor | ||||||
Mükafatları |
![]() |
Qeysər Xəlilov (Xəlilov Qeysər Veysəl oğlu; d. 9 oktyabr 1929-cu ildə, Nuxa, Nuxa qəzası, Azərbaycan SSSR, ZSFSR, SSRİ – ö. 7 aprel 2000-ci ildə, Bakı, Azərbaycan Respublikası) – fəlsəfə elmləri doktoru (1982), professor (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1990); 1963 – 1990-ci illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini[1] olmuş, 1990 – 1992 ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri, Azərbaycan Respublikası prezidentinin müşaviri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifələrində işləmişdir.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
1929-cu ildə Nuxada anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1936 – 1946-cı illərdə M.Qorki adına 10 №-li Nuxa şəhər məktəbində,
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində təhsil alıb.
İş yerləri[redaktə | əsas redaktə]

1954 – 1963-cü illərdə Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri, Azərbaycan SSR Radio və Televiziya Komitəsi və Rabitə Nazirliyi partiya komitəsinin katibi,
1963 – 1990-cı illərdə Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyəti sədrinin birinci müavini,
1990 – 1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (12 mart 1991-ci il tarixədək), Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri (12 mart 1991-ci il tarixdən sonra),
1991 – 1992-ci illərdə Azərbaycan Respublikası prezidentinin müşaviri,
1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri olub.
1993-cü ildə təqaüdə çıxıb.
Elmi fəaliyyəti[redaktə | əsas redaktə]
1961-ci ildə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
1989-cu ildə professor elmi adını alıb.
Mükafatları[redaktə | əsas redaktə]
- Azərbaycan SSR Əməkdar Elm xadimi (1990).
Vəfatı[redaktə | əsas redaktə]
2000-ci ildə Bakıda vəfat edib.
İstinadlar və qeydlər[redaktə | əsas redaktə]
- ↑ Azərbaycan SSR “Bilik” cəmiyyəti idarə heyətinin sədri vəzifəsinə ənənəvi olaraq Azərbaycan SSR EA-nın prezidentləri seçilirdi.
Ədəbiyyat[redaktə | əsas redaktə]
Məmmədov Ə., Xalıqov F. Xəlilov Qeysər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 502. — Səh.: 258 – 259. — 1.000 nüsx.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış jurnalistlər
- 9 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1929-cu ildə doğulanlar
- 7 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yaxşı məqalələr əlifba sırası ilə