Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Nurəddin Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nürəddin Mustafayev
Mustafayev Nürəddin Elyaz oğlu
Nurəddin Mustafayev3.jpg
Nürəddin Mustafayev, 2019-cu il
bayraqAzərbaycan KP MK, inspektorbayraq
 — 9 aprel 1980
bayraqAzərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
9 aprel 1980 — 7 dekabr 1983
Sələfi Sadıq Murtuzayev
Xələfi Hadi Rəcəbli
bayraqAzərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibibayraq
7 dekabr 1983 — yanvar 1989
Sələfi Kamran Rəhimov
Xələfi Heydər İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1942 (1942-10-18) (78 yaş)
Doğum yeri Basarkeçər rayonu, Flag of the Armenian Soviet Socialist Republic (1952–1990).svg Ermənistan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili

K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı AkademiyasıMoskva Beynəlxalq Münasibətlər Universiteti (1963 – 1969)

Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1975 – 1976)
feysbuk səhifəsi

Nürəddin Mustafayev – Azərbaycan sovet partiya və dövlət xadimi; 1983 – 1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü; həmçinin, 1980 – 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1984 – 1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub.

1947-ci ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-in Kirovabad şəhərinə köçüblər.

Təhsili[redaktə | əsas redaktə]

Kirovabad şəhər dəmir yol orta məktəbini qızıl medalla bitirib.

1963 – 1969-cu illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı AkademiyasındaMoskva Beynəlxalq Münasibətlər Universitetində,

1975 – 1976-cı illərdə isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.

1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,

1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü olub.

Ailəsi[redaktə | əsas redaktə]

Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.

Həmçinin, bax:[redaktə | əsas redaktə]

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.

Aidiyyəti linklər[redaktə | əsas redaktə]

Нахичеванский областной комитет КП(б) - КП Азербайджана.