Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Nizaməddin Cəlilov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nizaməddin Cəlilov
Cəlilov Nizaməddin Qurban oğlu
Nizaməddin Cəlilov
Nizaməddin Cəlilov

Doğum tarixi 11 sentyabr 1965 (1965-09-11) (55 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Qurban Cəlilov
Təhsili

Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu

Azərbaycan Universiteti
Mükafatları "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı

Nizaməddin Cəlilov – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyasının rəis müavini (2016), ədliyyə general-mayoru (2013).

Haqqında məlumatlar[redaktə]

11 sentyabr 1965-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə]

1987-ci ildə mühəndis ixtisası üzrə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu,

2009-cu ildə isə hüquq ixtisası üzrə Azərbaycan Universitetini bitirib.

Əmək fəaliyyəti[redaktə]

1989-cu ildən müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.

2005-ci ildən Azərbaycan respublikasının ədliyyə orqanlarında qulluq etməyə başlamış,

2016-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini vəzifəsində işləmişdir.

2016-cı ilin sentyabr ayından Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev Adına Akademiyasında rəis müavini vəzifəsində çalışır.

Təltifləri[redaktə]

Ailəsi[redaktə]

Akademik Qurban Cəlilovun oğludur.

Ailəlidir, bir övladı var.