Nəzir Əhmədov
Nəzir Əhmədov | |||||||
---|---|---|---|---|---|---|---|
Əhmədov Nəzir Laçın oğlu | |||||||
Nəzir Əhmədov | |||||||
|
|||||||
|
|||||||
Sələfi | Hüseyn Mustafabəyli | ||||||
Xələfi | Əşrəf Məmmədov | ||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 27 dekabr 1925 | ||||||
Doğum yeri |
Kəhrizoba, Şəki qəzası, ![]() ![]() ![]() |
||||||
Vəfat tarixi | 5 mart 2005 (79 yaşında) | ||||||
Vəfat yeri |
Fatmaye kənd qəbiristanlığı, Abşeron rayonu, ![]() |
||||||
Atası | Laçın Əhmədov | ||||||
Həyat yoldaşı | Zlota Əhmədova | ||||||
Uşağı | Nərgiz Əhmədova | ||||||
Təhsili |
Nuxa Pedaqoji Texnikumu (1940 – 1942) Leninqrad Dövlət Universiteti, siyasi-iqtisad fakültəsi, (1950 – 1955) |
||||||
Elmi dərəcəsi | iqtisadiyyat elmləri namizədi | ||||||
Mükafatları |
![]() ![]() ![]() |
Nəzir Əhmədov (1925 – 2005) — dövlət xadimi, iqtisadçı alim, yazıçı, 1992-ci ildə Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyətə çağıran “91-lər”dən biri; Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından az sonra, əvvəl Şəki şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş (1993 – 1998), daha sonra isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsinə keçirilmişdir (1998 – 2001). Sovet dövründə də məsul vəzifələr tutmuş, müxtəlif illərdə Zaqatala (1963 – 1974) və Abşeron (1974 – 1975) rayon partiya komitələrinin birinci katibi olmuşdur. Həmçinin, Azərbaycan KP MK-nın üzvü (1966 – 1974), Azərbaycan SSR Ali Sovetinin deputatı (1967 – 1971) da olub. 3 elmi kitabın və 7 ədəbi kitabın müəllifidir.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
27 dekabr 1925-ci il tarixdə Şəki qəzasının Kəhrizoba kəndində anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1940-cı ildə Təpəcənnət kənd yeddiillik məktəbini bitirib.
1940-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub; lakin 1942-ci ildə təhsilini yarımçıq buraxaraq könüllü olaraq hərbi xidmətə gedib.
1944 – 1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində,
1950 – 1955-ci illərdə isə Leninqrad Dövlət Universitetinin siyasi-iqtisad fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1946 – 1950-ci illərdə müxtəlif sovet sərhəd qoşunları hissəsində qulluq edib.
1955 – 1956-ci illərdə Sov.İKP Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri,
1956 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetində və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müəllim,
1957 – 1959-cu illərdə Azərbaycan KP Bakı Şəhər Partiya Komitəsində bölmə müdiri,
1959 – 1963-cü illərdə Azərbaycan KP MK-da əvvəl təbliğat-təşviqat şöbəsində, sonra isə təşkilat şöbəsində təlimatçı,
1963 – 1974-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi,
1974 – 1975-ci illərdə Azərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibi,
1975 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi və şöbə müdiri,
1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı,
1998 – 2001-ci illərdə isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb. 30 aprel 2001-ci il tarixdə nazirliyin ləğv olunması ilə əlaqədar vəzifəsindən azad edilib.
İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]
1966 – 1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü,
1967 – 1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və təbiəti mühafizə daimi komissiyasının sədri olub.
1965 – 1970-ci illərdə SSRİ rəsmi nümayəndə heyəti tərkibində Çexoslovakiya, Kuba, ABŞ, Macarıstan və Rumıniyaya xarici səfərlərdə iştirak edib.
16 Oktyabr 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən müraciəti imzalayan 91 nəfərdən biri olub.
Elmi fəaliyyəti[redaktə | əsas redaktə]
İqtisad elmləri namizədi olmaqla yanaşı, 3 elmi kitabın, 40 çap vərəqi həcmində elmi-nəzəri məqalələrin də müəllifidir.
Ədəbi yaradıcılığı[redaktə | əsas redaktə]
“Nəzir Eltəkin” ədəbi təxəllüsü ilə ədəbi fəaliyyətlə məşğul olub, şeir, poema və povestlər yazıb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Kitabları[redaktə | əsas redaktə]
- Desələr xatırlayın, Bakı, Elm, 1995, 160 s., 1500 nüsxə;
- İzim qala, Bakı, “Ulduz” nəşriyyatı, 1995, 99 s. 500 nüsxə;
- Sarı Laçın, Bakı, Azərnəşr, 1996, 54 s. 2000 nüsxə;
- Ömür körpüsü, Bakı, Azərnəşr, 1998, 640 s. 1000 nüsxə;
- İsmipünhan sorağında Bakı, Şirvannəşr, 1998, 149 s. 1000 nüsxə;
- Qaçaq Abbas Bakı, Gənclik, 2001, 226 s. 500 nüsxə;
- Ömrün son baharı (şeirlər və poemalar) (2006).
Təltif və mükafatları[redaktə | əsas redaktə]
- “Qırmızı Əmək Bayrağı” ordeni, 1966.
- “Lenin” ordeni, 1968.
- “Şərəf nişanı” ordeni, 1969.
- SSRİ XTNS-nin 2 qızıl medalı və birinci dərəcəli diplomlar, 1967, 1970.
- 15 medal
Vəfatı[redaktə | əsas redaktə]
5 mart 2005-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib. Abşeron rayonunun Fatmaye kənd qəbiristanlığında, həyat yoldaşı Zlota Əhmədovanın qəbrinin yanında dəfn edilib.
Ədəbiyyat[redaktə | əsas redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Nəzir // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 88 – 89. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Vaqif Aslan Seçilmiş əsərləri. — Bakı, 2010. — IV cild. — Səhifələrin sayı: 91.
- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: “Nurlar”, 2011.
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəki şəhər İcra hakimiyyəti başçıları
- 27 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1925-ci ildə doğulanlar
- 5 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 2005-ci ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- Lenin ordeninin kavalerləri
- "Şərəf Nişanı" ordeni laureatları
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yaxşı məqalələr əlifba sırası ilə