Ermənistan – Azərbaycan hərbi toqquşması (iyul, 2020)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ermənistan – Azərbaycan hərbi toqquşması (iyul, 2020)
Əsas münaqişə: Qarabağ müharibəsi
Ermənistan – Azərbaycan hərbi toqquşması (iyul, 2020)
Toqquşmaların yeri qırmızı kvadratla işarələnib.
Tarix 2020 il, 3 ay, 1 həftə və 1 gün
Yeri Mosesqex, Tavuş mərziAğdam, Tovuz
Nəticəsi davam edir
Münaqişə tərəfləri

Flag of Azerbaijan.svg Azərbaycan

Flag of Armenia.svg Ermənistan

Komandan(lar)

Flag of Azerbaijan.svg İlham Əliyev (Azərbaycan Prezidenti)
Flag of Azerbaijan.svg Zakir Həsənov (Azərbaycan Respublikası Müdafiə Nazirliyi)

Flag of Armenia.svg Armen Sarkisyan (Ermənistan Prezidenti)
Flag of Armenia.svg David Tonoyan (Müdafiə Naziri)

İtkilər

Ermənistan tərəfinin açıqlaması:
• 4 hərbiçi ölüb

• 10 hərbçi yaralanıb

• 2 polis yaralanıb

• 1 mülki şəxs yaralanıb

Azərbaycan tərəfinin açıqlaması:

• 12 hərbçi ölüb

• 1 mülki şəxs ölüb

• 4 hərbçi yaralanıb

12 iyul 2020-ci ilin tarixdə Ermənistan – Azərbaycan dövlət sərhəddində (Ermənistanın Tavuş, Azərbaycanın Tovuz rayonları arasında) başlayan növbəti Ermənistan – Azərbaycan hərbi toqquşması.

12 iyul[redaktə]

Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni generallarına məlum olmayan səbəblərə görə, UAZ markalı avtomobildə olan Azərbaycan hərbçiləri Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Azərbaycan tərəfi bunu təkzib edərək bildirib ki, Azərbaycan Ordusu elan olunmamış müharibə şəraitində olduğu Ermənistanın dövlət sərhəddini keçmək istəsəydi, bunu avtomobillərdə yox, zirehli maşınlarda edərdi[1].

Azərbaycan tərəfinin bəyanatına görə döyüşlər Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb. Azərbaycan Silahlı Qüvvələri cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alıb[2]. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub, 5 nəfər yaralanıb. Həmçinin Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib[3] Azərbaycan ordusunun yaralı əsgərlərindən biri daha sonra aldığı yaralardan dünyasını dəyişib.[4].

Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib[5]. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin itkiləri barədə məlumatları gizlətdiyini deyib[6].

13 iyul[redaktə]

İyulun 13-də Tovuz istiqamətində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında artilleriya qurğuları yenidən işə düşüb, tərəflər bir-birinə qarşılıqlı zərbələr endiriblər. Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirib[7]. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub[8]. Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu hücumlarına asimmetrik cavab veriləcəyini bildirib[9].

Həbslər[redaktə]

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Tovuz istiqamətində gedən döyüşlər barədə sosial şəbəkələrdə “təxribatçı, qızışdırıcı” və ordunu gözdən salmağa yönəlmiş məlumatlar yaydığına, çıxışlar etdiyinə görə həbs olunub. Məlumata görə Rəhim Qazıyev döyüş əməliyyatlarının aparıldığı vaxtda məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar edib[10].

14 iyul[redaktə]

Azərbaycan tərəfinin yaydığı məlumatlara görə[redaktə]

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Kənd sakinlərinə heç bir ziyan dəyməyib[11]. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olub[12]. Azərbaycan tərəfi gəzən sursat vasitəsilə Ermənistanın komanda məntəqəsinə hücum etməsinə dair video yayıb. Müdafiə Nazirliyi Ermənistanın aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edildiyini bildirib[13].

Səhər saatlarında Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev Tovuz istiqamətində gedən döyüşlərdə həlak olub. Habelə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da həlak olub[14].

Bundan başqa döyüşlərdə Azərbaycan tərəfdən əlavə yaralananların da olduğu bildirilib. Azərbaycan ordusu, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə gördüyü cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsini məhv edib. Günorta saatlarında bu istiqamətdə vəziyyət gərgin olaraq qalıb, ağır döyüşlər gedib[15]. Həmçinin, bu döyüşlərdə Ermənistan ordusunun hərbi qulluqçuları mayor Qaruş Vemir Hambardzumyan və kapitan Sos Paylak Elbakyan məhv edilib. Azərbaycan tərəfi Ermənistan hərbi-siyasi rəhbərliyini çoxsaylı itkiləri gizlətməkdə ittiham edib[16].

Ermənistanın yaydığı məlumatlara görə[redaktə]

Döyüşlərdə Azərbaycana məxsus artilleriya atəşini korrektə edən pilotsuz uçuş aparatını vurduğunu bildirib. Ermənistan əvvəlki günlərdə də Azərbaycana məxsus bir neçə dronu, həmçinin kamikadze dronunu vurdğunu bildirmişdi[17]. Ermənistan həmçinin Azərbaycanın hücum dronları ilə sərhəddəki Berd şəhərini bombaladığını iddia edib[18].

Tavuş istiqamətində eskalasiya səbəbindən sərhəd kəndlərinin qaz kəmərləri şəbəkələri sıradan çıxıb, nəticədə sərhəddə yerləşən Aygepar, Nerkin KarmiraxpyurÇinari kəndlərində qaz təchizatı qismən dayandırılıb[19].

Döyüşün gedişində Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu məhv edilib[20]. Ermənistan tərəfi həmçinin 9K33 Osa zenit sistemi vasitəsilə Azərbaycana məxsus Elbit Hermes 900 pilotsuz kəşfiyyat təyyarəsini vurmasına dair videonu təqdim edib. Bundan başqa ilk dəfə olaraq Ermənistan istehsalı olan PUA-lar döyüş şəraitində istifadə olunub[21].

Beynəlxalq reaksiya[redaktə]

  • Türkiyə — iyulun 12-də Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb və Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pislənilib. Türkiyənin bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcəyi bildirilib.[22] Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında "Biz Azərbaycan naminə canımızı verməyə hazırıq!" yazaraq Azərbaycanı dəstəkləyən bəyanat verib və Ermənistanı ağıllı olmağa çağırıb.[23]
  • Avropa İttifaqı - Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Azərbaycan-Ermənistan sərhədində atışma çox narahatedicidir. Hər iki ölkə üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək çox vacibdir” bəyanatını yayıb.[24]
  • Ukrayna - Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğunu bildirib.[25]
  • Rusiya - iyulun 13-də Rusiya Xarici İşlər Naziriliyi Azərbaycanı və Ermənistanı dərhal atəşi dayandırmağa çağırıb.[26]
  • Gürcüstan - Gürcüstan prezidenti Salome Zurabişvili 12-13 iyul tarixlərində Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı qarşıdurmaya görə narahatlığını ifadə edib. Gürcüstan prezidenti bəyanatında bildirib: "Bu gün hamımız görünməyən bir düşmənə qarşı birlikdə mübarizə apardığımız üçün beynəlxalq həmrəyliyin və qlobal sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Bölgəmizin sülhü və təhlükəsizliyi həm Gürcüstanın, həm də dost və tərəfdaş dövlətlərimizin — Azərbaycan və Ermənistanın gələcək inkişafı və rifahı üçün vacibdir. Gürcüstan prezidenti lazımi tədbirlərin vaxtında görüləcəyini və vəziyyətin daha da gərginləşməsinin qarşısının dinc danışıqlar yolu ilə alınacağına ümid edir."[27]
  • İran - İran Azərbaycan hərbçilərinin şəhid olmasına təəssüflənir və tərəfləri təmkinli olmağa çağırıb. XİN rəsmisi vurğulayıb ki, rəsmi Tehran bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: “İran dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bəyan edib”.<ref>İran XİN Azərbaycan hərbçilərinin həlak olmasına münasibət bildirdi.

İstinadlar[redaktə]

  1. Ermənistan ordusu ağır itkilər verdi
  2. “Ermənistan ordusu hər hansı ərazi əldə etməyə nail olmayıb...”
  3. Ermənistan ordusu ağır itkilər verdi
  4. Azərbaycan Müdafiə Nazirliyi: Üç hərbi qulluqçu şəhid oldu
  5. Tovuzda şiddətli gecə döyüşləri: düşmənin dayaq məntəqəsi darmadağın edildi
  6. Tovuzda şiddətli gecə döyüşləri: düşmənin dayaq məntəqəsi darmadağın edildi
  7. Müdafiə Nazirliyi: Azərbaycanın heç bir ərazi itkisi yoxdur
  8. Ermənistan Tovuzun mülki əhalisini atəşə tutdu
  9. Ermənistan Tovuzun Ağdam kəndini artilleriyadan atəşə tutdu
  10. Cəbhədəki vəziyyət barədə "təxribatçı çıxışlar" edən Rəhim Qazıyev həbs olundu
  11. "MN: Ermənilər yenidən Tovuzun iki kəndini atəşə tutub". ordu.az. 14 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2020.
  12. "Tovuzda həlak olan mülki şəxsin evindən – FOTOLAR". azerbaycan24.com. 14 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2020.
  13. "Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib - VİDEO". mod.gov.az (azərb.). Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 14 iyul 2020. 14 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2020.
  14. "Ermənistan silahlı qüvvələrinin xain hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Həşimov Polad qəhrəmancasına şəhid olub". sputnik.az (azərb.). 14 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2020.
  15. "Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verilib". 14 iyul 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2020.
  16. Düşmənin 2 yüksək rütbəli hərbi qulluqçusu məhv edilib
  17. Ermənistan SQ növbəti dəfə Azərbaycanın PUA-nı vurub
  18. Azerbaycan tarafı Ermenistan’ın Berd şehrinin sivil halkını hedefledi
  19. Azərbaycan Ermənistan bölgələrinin qaz təchizatını da sıradan çıxardı
  20. Düşmənin daha iki hərbi qulluqçusu məhv edilib
  21. İlk dəfə olaraq erməni istehsalı olan PUA-lar döyüş şəraitində istifadə olundu: Artsrun Hovhannisyan
  22. Türkiyə XİN Azərbaycan-Ermənistan sərhədindəki döyüşlər haqda
  23. Türkiyə XİN: "Azərbaycan naminə canımızı verməyə hazırıq!"
  24. Aİ də Azərbaycan-Ermənistan sərhədindəki hadisələrə reaksiya verdi
  25. [1] Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
  26. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycanı və Ermənistanı dərhal atəşi dayandırmağa çağırıb. https://m.virtualaz.org/aktual/165445
  27. Gürcüstan prezidentinin bəyanatı (ka). President of Georgia. 13 iyul 2020. https://www.president.gov.ge/geo/pressamsakhuri/siakhleebi/saqartvelos-prezidentis-ganckhadeba-(7).aspx?fbclid=IwAR1HDPKNiYsk3tS-U5OnpwSjzZYdGdJiegCFepX6hcUlpK7XAPrisJjhJoA. Retrieved 13 iyul 2020. 

Aidiyyəti videolar[redaktə]