Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Ehtibar Kərimov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ehtibar Kərimov
Kərimov Ehtibar Əsab oğlu
Ehtibar Kərimov
Ehtibar Kərimov, 2013
Doğum tarixi 25 oktyabr 1964 (1964-10-25) (56 yaş)
Doğum yeri Aşağı Şabalıd, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Şəki Rayon Mərkəzi Xəstəxanası
Elmi dərəcəsi tibb üzrə fəlsəfə doktoru
Təhsili

Şəki Tibb Məktəbi (1982; 1984 – 1987)

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1988 – 1994)

Azərbaycan Dövlət Tibb Universiteti, doktorantura (2010 – 2013)

Ehtibar Kərimov − Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti; ailə həkimi, tibb üzrə fəlsəfə doktoru.

Haqqında məlumatlar[redaktə]

25 oktyabr 1964-cü il tarixdə Qax rayonunun Aşağı Şabalıd kəndində anadan olub.

Təhsili və elmi fəaliyyəti[redaktə]

1982-ci ildə Şəki Tibb məktəbinə daxil olub, lakin elə həmin il əsgəri xidmətə çağırılıb. İkiillik hərbi xidmətdən sonra 1984 – 1987-ci illərdə təhsilini davam etdirib; Şəki Tibb Məktəbini fərqlənmə diplomu ilə bitirib.

1988 – 1994-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb, buranı da fərqlənmə diplomu ilə bitirib.

2010 – 2013-cü illərdə isə Azərbaycan Dövlət Tibb Universitetinin doktoranturasında təhsilini artırıb.

2013-cü ilin 3 iyulunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti[redaktə]

1994-cü ildə Şəki Şəhər Mərkəzi Xəstəxanasında,

1995 – 1997-ci illərdə Ukraynanın Dnepropetrovsk şəhərində,

2004 – 2009-cu illərdə Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində,

2010 – 2019-cu illərdə Şəki Şəhər Mərkəzi Xəstəxanasında həkim-terapevt,

2020-ci ilin ilk 3 ayı ərzində Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərindəki Alxarj xəstəxanasının daxili xəstəliklər şöbəsində həkim-mütəxəssis vəzifəsində çalışıb.

2020-ci ilin mart ayında yenidən Şəkiyə qayıdıb və əmək fəaliyyətini Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti kimi davam etdirir.

İkinci iş yerləri[redaktə]

2010-cu ildən Şəki Tibb Kollecində cərrahiyyə və urologiya fənnindən dərs deyir.

2013 – 2019-cu illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Şəki penitensiar müəssisəsində həkim işləyib.

2015 – 2018-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tibbi biliklərin əsasları fənnindən dərs deyib.