Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Cavad İsmayıllı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Cavad İsmayıllı
İsmayıllı Məmməd oğlu İsmayıllı
Cavad İsmayıllı
Cavad İsmayıllı.

Doğum tarixi 7 yanvar 1956 (1956-01-07) (65 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı

Cavad İsmayıllı (Cavad Məmməd oğlu İsmayıllı; d. 1956, Nuxa, Azərbaycan SSR, SSRİ) — ictimai-siyasi fəal; 2010 – 2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

6 yanvar 1956-cı il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1970-ci ildə Şəki şəhər 1 saylı orta məktəbin 8-ci sinifini bitirib.

1970 – 1974-cü illərdə Şəki Pedaqoji Texnikumunun əmək və rəsmxət şöbəsində təhsil alıb.

Hərbi xidmət[redaktə | əsas redaktə]

1975 – 1977-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1977 – 1980-ci illərdə Şəki şəhər 14 saylı orta məktəbdə müəllim işləyib.

1980 – 1985-cı illərdə Rusiya Federasiyasının Xabarovski şəhərindəki Enerqomaş zavodunda sınaqçı mühəndis vəzifəsində çalışıb.

1985-ci ildə Azərbaycana qayıdıb və əmək fəaliyyətini 9 saylı məktəbdə davam etdirib.

İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]

2006-cı ildən Ümid partiyası Şəki rayon təşkilatının sədridir.

2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilib.

2019-cu il bələdiyyə seçkilərində də Ümid Partiyasından Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdür. Lakin seçkinin başlanmasınadək – 23 dekabradək, namizədliyini geri götürüb.

Ailəsi[redaktə | əsas redaktə]

Ailəlidir, 1 övladı var.

Həmçinin, bax:[redaktə | əsas redaktə]


Mənbələr[redaktə | əsas redaktə]