Bolludərə
Jump to navigation
Jump to search
Yaşayış məntəqəsi
Bolludərə
|
Bolludərə — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi[redaktə | əsas redaktə]
Əvvəllər qəsəbə olmuş, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək kənd hesab edilmişdir[2].
Bolludərə Şəki rayonunda əvvəllər qəsəbə olmuşdur. Düzənlikdədir. Yaşayış məntəqəsi Bolludərə adlı ərazidə salındığı üçün belə adlandırılmışdır. Dərənin torpağı məhsuldar, bərəkətli olduğu üçün ona belə ad verilmişdir[3].
Əhalisi[redaktə | əsas redaktə]
Kəndin əhalisi 459 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 224 nəfəri isə qadındır.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 5 oktyabr 1999-cu il tarixli, 708-IQ nömrəli Qanunu (azərb.)
- ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.145
|