Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Bəxtiyar Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmmədrza oğlu
Bəxtiyar Məmmədov.jpg
Bəxtiyar Məmmədov
bayraqAzərbaycan SSR neft hasilatı sənayesi naziribayraq
1965 — 1970
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1925(1925-10-18)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elmi dərəcəsi texnika elmləri namizədi
Mükafatları

Sosialist Əməyi QəhrəmanıAzərbaycan SSR dövlət mükafatı"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adıSSRİ-nin fəxri neftçisi

"Lenin" ordeni"Qırmızı Əmək Bayrağı" ordeni"Oktyabr İnqilabı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Bəxtiyar Məmmədov — Azərbaycan sovet dövlət xadimi və neft sənayesi mütəxəssisi, Sosialist Əməyi Qəhrəmanı; 1965 – 1970-ci illərdə Azərbaycan SSR neft hasilatı sənayesi naziri vəzifəsində çalışmışdır.

Haqında məlumatlar[redaktə]

18 oktyabr 1925-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə]

1943 – 1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda dağ-mədən mühəndisi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti[redaktə]

1948 – 1949-cu illərdə əvvəl “Orconikidzeneft” trestinin 5-ci mədənində neftçıxarma ustasının köməkçisi, sonra turbinli qazmanın şərq konturunda 6-cı dərəcəli qazma köməkçisi, “Orconikidzeneft” trestinin 1-ci mədənində qazma ustası, həmin trestin mədən müdirinin növbətçi köməkçisi,

1949 – 1951-ci illərdə “Orconikidzeneft” trestinin qazma ustası, mədən istismarı üzrə 1-ci mədəndə böyük mühəndis,

1951 – 1952-ci illərdə “UmBakı” mədənində baş mühəndis,

1952-ci ildə “Qobustanneft” trestinin “UmBakı” mədəninin müdiri,

1952 – 1955-ci illərdə “Gürcənneft” (Neft Daşları) neft-mədən idarəsinin 1-ci və 2-ci mədənlərinin müdiri,

1955 – 1962-ci illərdə Sov.KP XXII qurultayı adına neft-mədən idarəsinin rəisi,

1962 – 1963-cü illərdə əvvəl “Azneft” birliyinin rəis müavini, sonra baş mühəndisi,

1963 – 1965-ci illərdə “Başdənizneft” idarəsinin rəisi,

1965 – 1970-ci illərdə Azərbaycan SSR neft sənayesi naziri,

1970 – 1972-ci illərdə “Xəzərdənizneft” birliyinin rəisi,

1972 – 1974-cü illərdə “26 Bakı komissarı” adına NQÇİ-nin rəisi,

1974 – 1976-cı illərdə Nigeriyada müqavilə əsasında məsləhətçi,

1976 – 1982-ci illərdə “Hidrodənizneft” İnstitutunun elmi işlər üzrə direktor müavini,

1982 – 1986-cı illərdə “Bula-dəniz” NQÇİ-nin rəisi,

1986 – 1989-cu illərdə “Hidrodənizneft” Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunun elmi-tədqiqat və təcrübə işləri üzrə şöbə müdiri vəzifəsində işləyib.

İctimai fəaliyyəti[redaktə]

Bir dəfə SSRİ Ali Sovetinin (7-ci çağırış), dörd dəfə isə Azərbaycan SSR Ali Sovetinin deputatı (4, 5, 6 və 8-ci çağırış), bir neçə dəfə Azərbaycan KP MK-nın üzvü və Azərbaycan KP Bakı Şəhər Komitəsinin büro üzvü seçilib. Sov.KP XX qrultayının nümayəndəsi olub.

Elmi fəaliyyəti[redaktə]

1963-cü ildə namizədlik dissertasiyası müdafiə edib. Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Təltif və mükafatları[redaktə]

Vəfatı[redaktə]

1989-cu ildə – 64 yaşında, Bakıda vəfat edib.

Ailəsi[redaktə]

Üç övladı olub; oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar uşaq həkimidir, kiçik qızı Hicran isə ginekoloq işləyir.

Ədəbiyyat[redaktə]

  • MƏMMƏDOV Bəxtiyar Məmmədrza oğlu // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1982. — VI  cild. — Səh.: 498. — 80.000 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Məmmədov Bəxtiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 372 – 373. — 1.000 nüsx.
  • Xoşbəxt Yusifzadə (18.10.2015). "Neftçi ömrünün bəxtiyarlığı". http://www.azerbaijan-news.az/ (azərb.). “Azərbaycan” qəzetinin saytı. 19 Oct 2020 tarixində arxivləşdirilib.