Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Azər Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Azər Rəşidov
Rəşidov Azər Məmməd oğlu
Azər Rəşidov
Azər Rəşidov koronavirus pandemiyası ilə bağlı APA-ya video-müsahibə verərkən (10.04.2020)[1].
Doğum tarixi 22 oktyabr 1957 (1957-10-22) (63 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Məkkə şəhərindəki (Səudiyyə Ərəbistanı) Kral Əbdüləziz xəstəxanasının infeksion nəzarət şöbəsi
Elmi dərəcəsi tibb elmləri namizədi
Təhsili
  • Nəriman Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutu (1975 – 1981);
  • İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (1988 – 1992).

Azər Rəşidov (Rəşidov Azər Məmməd oğlu; d.  22 oktyabr 1957, Nuxa, Azərbaycan SSR, SSRİ) − epidemioloq-həkim, tibb elmləri namizədi, Kral Əbdüləziz xəstəxanasının (Məkkə, Səudiyyə Ərəbistanı) infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri (2000-ci ildən).

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

1957-ci ildə Nuxa şəhərində anadan olub.

1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

1975-ci ildə Bakıda orta məktəbi bitirib.

1975 – 1981-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun tibbi-profilaktika fakültəsində təhsil alıb.

1981-ci ilin sentyabrından 1984-cu ilin noyabrınadək Kizlyar şəhər Mərkəzi Xəstəxanasında (Dağıstan MSSR, RSFSR) epidemiologiya şöbəsinin müdiri olub.

1984-cü ilin oktyabrından 1988-ci ilin sentyabrınadək Tropik Təbabət və Tibbi Parazitologiya Elmi-Tədqiqat İnstitutunda (Bakı, Azərbaycan SSR) kiçik elmi işçi vəzifəsində çalışb.

1988 – 1992-ci illərdə epidemiologiya ixtisası üzrə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin epidemiologiya kafedrasının aspiranturasında təhsil alıb.

1992-ci ildə Moskvadakı N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat İnstitutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

1992-ci ilin yanvarından 1996-ci ilədək Tibbi Profilaktik Təbabət Milli Tədqiqat İnstitutunda (Bakı, Azərbaycan Respublikası) Bağırsaq infeksiyaları şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda Bakıdakı Xəzər Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (1993 – 1995) dosent vəzifəsini tutub.

1996-cı ilin dekabrından 2000-ci ilədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində (Azərbaycan Respublikası, Bakı) Tibb Şöbəsinin müdiri vəzifəsində işləyib. Eyni zamanda Bakıdakı Müstəqil Azərbaycan Universitetinin mikrobiologiya, epidemiologiya və infeksion xəstəliklər kafedrasında (1998 – 2000) dosent vəzifəsini tutub.

Qrant əsasında 3 ay ABŞ-da (Klivlend şəhəri), Avstriyada və Macarıstanda çalışıb.

2000-ci ildən Kral Əbdüləziz xəstəxanasında (Məkkə, Səudiyyə Ərəbistanı) infeksion xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiridir.

2003-cü ilin yanvarında Səhiyyə Mütəxəssisləri üzrə Səudiyyə Şurası tərəfindən tibb-mütəxəssis-epidemioloqu kimi təsdiqlənib.

30-dan çox elmi məqaləsi, bağırsaq çöpləri infeksiyası və hepatit virusu mövzusunda həkimlər üçün 3 metodik tövsiyəsi çap olunub. Azərbaycanda və bir çox ölkələrdə elmi simpozium və konfranslarda məruzələrlə çıxış edib.

Azərbaycanca, rusca ingiliscə və ərəbcə sərbəst danışır.

Ailəlidir, iki övladı var.

Rəşidovların nəsil şəcərəsi[redaktə | əsas redaktə]

 
 
 
 
 
 
 
 
 
 
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Münəvvər Mürsəl bəy qızı Rəşidova (Qaragözova)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq Rəşidov
 
Mübariz Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov

Mənbə[redaktə | əsas redaktə]

  • Məmmədov Ə., Xalıqov F. Рашидов Азер Мамед оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 464 – 465. — 1.000 nüsx.

İstinadlar və qeydlər[redaktə | əsas redaktə]