Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Azər Mustafazadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Azər Mustafazadə
Mustafazadə Azər Abdulla oğlu
Azər Mustafazadə
Azər Mustafazadə, 2015-ci il

Doğum tarixi 27 mart 1939 (1939-03-27) (81 yaş)
Doğum yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Qorki adına Ədəbiyyat İnstitutu(ru) (Moskva)
Fəaliyyəti Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in direktoru
Fəaliyyət illəri 1990-cı ildən
Mükafatları Honored Cultural Worker of the RSFSR.jpg
"Şöhrət" ordeni (Azərbaycan) II dərəcəli "Əmək" ordeni

Azər Mustafazadə (Mustafazadə Azər Abdulla oğlu; d. 27 mart 1939-cu il, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in direktoru (1990-cı ildən), 1988 – 1990-cı illərdə Azərbaycan KP MK Şəki şəhər Partiya Komitəsinin birinci katibi olmuşdur.

Haqqında məlumatlar[redaktə]

1939-cu ildə Bakıda anadan olub.

Təhsili[redaktə]

1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat institutunun tərcümə şöbəsini bitirib.

İş yerləri[redaktə]

1964 – 1969-cu illərdə “Literaturnı Azerbaydjan” jurnalında ədəbi işçi, şöbə müdiri, məsul katib,

1969 – 1971-ci illərdə “Literaturnaya qazeta”nın Azərbaycan SSR üzrə xüsusi müxbiri,

1971 – 1972-ci illərdə Asiya və Afrika yazıçıları ilə əlaqə üzrə respublika komitəsinin məsul katibi,

1972 – 1983-cü illərdə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin Azərbaycan ədəbiyyatı üzrə şurası sədrinin müavini,

1983 – 1985-ci illərdə Azərbaycan SSR Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsi sədrinin müavini,

1987 – 1988-ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsinin müdiri,

1988 – 1990-ci illərdə Azərbaycan KP MK Şəki şəhər komitəsinin birinci katibi vəzifəsində işləyib.

1990-cı ildən “Azərnəşr”in direktorudur.

Yaradıcılığı[redaktə]

1961-ci ildən mətbuatda bədii tərcümələrlə və müasir ədəbi proseslə əlaqədar publistik və tənqidi məqalələrlə çıxış edir.

1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

M.Cəfərin “Cəlil Məmmədquluzadə” (1966), F.Kərimzadənin “Qarlı aşırım” (1971), S.Əhmədovun “Yamacda nişanə” (1976), M.İbrahimovun “Mənim həyatımın kitabı” (1979 və 1981) kitablarını Moskvada işlədiyi illərdə (1971 – 1983) azərbaycan dilindən rus dilinə tərcümə edib çap etdirib.

Mükafatları[redaktə]

İstifadə edilmiş əsas mənbə[redaktə]

  • Azər Abdulla oğlu Mustafazadə (azərb.) // “İpəkçi” : qəzet. — Şəki, 8 dekabr 1988. — № 31 – 32 (1596). — Səh. 1.
  • Örsər R. Azər Mustafazadə // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 427 – 428. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  • Rəsmiyyə Rzalı (30 mart 2009). "Bizim Azər müəllim". anl.az (azərb.). 5 Mar 2016 tarixində arxivləşdirilib.