Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Aydın Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Aydın Əhmədov
Əhmədov Aydın Qaffar oğlu
Aydın Əhmədov
Aydın Əhmədov
Doğum tarixi 20 iyun 1934(1934-06-20)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 dekabr 2009 (75 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi geofizika
İş yeri Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutu
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1958)

Ümumittifaq Geofizika Elmi Tədqiqat İnstitutunun aspiranturası (Moskva, 1962 – 1965)

Aydın Əhmədov (Əhmədov Aydın Qaffar oğlu; d. 20 iyun 1934-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ − ö. 1 dekabr 2009-cu il, Bakı, Azərbaycan Respublikası) — geologiya-mineralogiya elmləri doktoru, müxtəlif elmi vəzifələrdə çalışmış, o cümlədən, 1971 – 2007-ci illərdə Azərbaycan SSR EA/Azərbaycan MEA Geofizika Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçisi olmuşdur. “Şəkidən başlandı uzaq səfərlər” adlı elmi-populyar kitabın müəllifidir.

Haqqında məlumatlar[redaktə]

1934-cü ildə Nuxada anadan olub.

Təhsili[redaktə]

1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1962 – 1965-ci illərdə Moskvada Ümumittifaq Geofizika Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə]

1958 – 1962-ci illərdə Türkmənistanda, Özbəkistanda və Rusiyada (Sibirdə) geoloji-geofiziki kəşfiyyat ekspedisiyalarında çalışıb.

1965 – 1971-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunun baş mühəndis, elmi işçi,

1971 – 2007-ci illərdə Geofizika Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçisi vəzifələrində çalışıb.

Elmi fəaliyyəti[redaktə]

1968-ci ildə namizədlik,

1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.

100-dәn çox elmi əsərin, o cümlədən, 1 monoqrafiyanın, 9 ixtiranın müəllifidir.

Əsas elmi nailiyyətləri[redaktə]

Elmi fəaliyyəti əsasən neft kəşfiyyatı problemlərinə həsr olunub. O, neft və qaz kəşfiyyatı üçün tomoqrafiya prinsipi əsasında yeni üsul - “Sınan dalğalarla dinamik eninə profilləmə metodu”nu kəşf etmişdir. Bu üsulla Qərbi Özbəkistanda 21 qaz və “Şəki” adlandırılmış neft yatağı tapılmışdır.

Əsas elmi əsərlərinin adları[redaktə]

1.Geofiziki məlumatlar və onların interpretasiyası, Bakı, "Qanun", 2001. [1]

İstifadə edilmiş mənbələr[redaktə]