Asim Rəsuloğlu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Asim Rəsuloğlu
Səmədov Asim Rəsul oğlu
Asim Rəsuloğlu
Asim Rəsuloğlu, 2019-cu il
Doğum tarixi 3 mart 1955(1955-03-03)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Turkey.svg Türkiyə
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1971 – 1975);
  • Belorusiya Dövlət Teatr-İncəsənət İnstitutu, monumental rəssamlıq şöbəsi (1975 – 1980)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2016

Asim Rəsuloğlu (Səmədov Asim Rəsul oğlu; d.  3 mart 1955-ci il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ ) – azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı.

Haqqında məlumatlar[redaktə]

1955–ci ildə Nuxada anadan olub.

1971 – 1975–ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,

1975 – 1980-ci illərdə isə Belorusiya Dövlət Teatr-İncəsənət İnstitutunun monumental rəssamlıq şöbəsində təhsil alıb.

1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.

Yaradıcılığı[redaktə]

1978-ci ildən etibarən müxtəlif sərgilərin iştirakçısı olub, bir çox müsabiqə və sənət yarışmalarında uğurla iştirak edib, mükafatlara layiq görülüb.

1987-ci ildə Tokioda keçirilən müasir incəsənət mövzusunda sovet-yapon sərgisində qızıl medal qazanıb.

1988-ci ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən Moskvada təşkil olunmuş gənc rəssamların beynəlxalq sərgisində gümüş medala layiq görülüb.

1988-ci ildə Bakıda Xəzəryanı respublikaların biennalesində, Bakı İncəsənət Mərkəzinin Fransada təşkil etdiyi Azərbaycanın müasir incəsənət sərgisində, Budapeştdə keçirilən Azərbaycanın gənc rəssamlarının sərgisində iştirak edib.

XX əsrin 90-cı illərdən rəssam fərdi sərgilərlə çıxış etməyə başlayıb; İlk belə sərgisi isə 1991-ci ildə Parisdə Aleksandr qalereyasında açılıb. Bunun ardınca rəssamın Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara), Belçikada fərdi sərgiləri olub.

Əsərləri Moskvada Moskvada – Tretyakov Qalereyasında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində və Rusiya Rəssamlar İttifaqında; Parisdə – Alekandr Qalereyasında; Bakıda – İncəsənət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqında; Türkiyədə – İlayda İncəsənət Qalereyasında, Orkun Ozan İncəsənət Qalereyasında; Nyu-Yorkda – “Martin Lüter Kinq” kitabxanasında; Vilnüsdə Litva Mədəniyyət Nazirliyində saxlanılır.

2016-cı ildə “Azərbaycan Respublikasının Əməkdar Rəssamı” fəxri adına layiq görülüb.

İstifadə edilmiş mənbələr[redaktə]

  • Dünya Azərbaycanlılarının Bioqrafiya Bankı (16.02.15). "Asim Rəsuloğlunun "Mənim dünyaya baxışım" adlı sərgisi". axsam.az (azərb.). axsam.az. 30 May 2020 - 30 May 2020 tarixində arxivləşdirilib.
  • "Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (azərb.). 1 iyun 2016. 4 Sep 2018 - 20 Feb 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2020.