Bu məqalə seçilmişlər sırasına daxildirdir
Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Arzu Cəlilova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Arzu Cəlilova
Cəlilova Arzu Natiq qızı
Arzu Cəlilova.jpg
Arzu Cəlilova
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyul 2004 (2004-07-04) (16 yaş)
Doğum yeri Bakı
01.09.2019 tarixində yenilənib.

Arzu Cəlilova – Azərbaycan bədii gimnastı, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı. Həmçinin, bədii gimnastika üzrə bir çox yerli, yaxud beynəlxalq əhəmiyyətli turnirlərin də mükafatçısıdır.

Həyat və fəaliyyəti[redaktə | əsas redaktə]

2004-cü ildə Bakıda anadan olub. Hər iki valideyni neft mühəndisi idi. Lakin Arzu Cəlilovanın anadan olmasından əvvəl atası Natiq Cəlilov avtomobil qəzasında dünyasını dəyişmişdi. Natiq Cəlilov Şəkidən çıxmış görkəmli alimlərdən biri − Akademik Qurban Cəlilovun oğlu idi.

Arzu Cəlilova 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi” İdman Klubunun bədii gimnastika seksiyasına yazdırıb. Amma anasının işi çox olduğundan onu məşqlərə ana babası Eyvaz Hüseynov və ana nənəsi Rübabə Hüseynova aparıb-gətirdi. 8 yaşından şəhər, respublika və beynəlxalq miqyaslı yarışlarda çıxış etməyə başlayıb.

Uğurları[redaktə | əsas redaktə]

  • 2012-ci ilin fevral ayı – bədii gimnastika üzrə acıq Bakı birinciliyində səkkizyaşlı gimnastlar arasında 2-ci yer[1].
  • 2012-ci ilin iyul ayı – bədii gimnastika üzrə İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə topla hərəkətlərin icrasına görə qızıl medal[2].
  • 2012-ci ilin oktyabr ayı — bədii gimnastika üzrə XIX Bakı çempionatında 2004-cü il təvəllüdlü ən azyaşlı bədii gimnastlar arasında 2-ci yer[3].
  • 2012-ci ilin noyabr ayı – bədii gimnastika üzrə XIX Azərbaycan birinciliyində 2004-cü il təvəllüdlü idmançılar arasında 3-cü yer[4].
  • 2013-cü ilin noyabr ayı – bədii gimnastika üzrə Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə ikinci yer[5].
  • 2014-cü ilin dekabr ayı – bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında 2004-cü il təvəllüdlü gimnastlar arasında birinci yer[6].
  • 2016-cı ilin fevral ayı – Estoniyanın Tartu şəhərində ənənəvi olaraq hər il təşkil olunan bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnirin yeniyetmələr proqramında gümüş medal[7].
  • Azərbaycan Gimnastika Federasiyası 2016-cı ilin yekunlarına görə Arzu Cəlilovanın adını ilin “10 ən yaxşı gimnastı” reytinq siyahısına daxil edib[8].
  • 2017-ci ilin avqust ayı – Bədii gimnastika üzrə XXIV Açıq Azərbaycan Çempionatında 3-cü yer[9].
  • 2018-ci ilin aprel ayı – Bakıda ilk dəfə keçirilən gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışının komanda hesabında bürünc medal[10].
  • 2018-ci ilin mart ayı – Riqada (Latviya) bədii gimnastika üzrə baş tutan iki beynəlxalq yarışda Dərya Farşbafşəhriyari ilə birlikdə fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən bürünc medal[11].
  • 2018-ci ilin may ayı – Quadalaxara şəhərində (İspaniya) bədii gimnastika üzrə beynəlxalq turnirdə Nərminə Səmədova ilə birlikdə bürünc medal[12].
  • 2018-ci ilin iyun ayı – İspaniyanın Quadalaxara şəhərində baş tutmuş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda topla hərəkətlərin icrasına görə bürünc medal[13].
  • 2019-cu ilin aprel ayı – bədii gimnastika üzrə Varşavada (Polşa) keçirilən “İrina Cup” adlı beynəlxalq turnirdə iplə hərəkətlərin icrasına görə gümüş medal[14].
  • 2019-cu aprel ayı – Bakıda bədii gimnastika üzrə gənclər arasında AGF Junior Trophy beynəlxalq yarışında bürünc medal[15].
  • 2019-cu ilin mart ayı – Fransanın Korbel-Esson şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə Gənclər arasında fərdi proqramda lent və gürzlərlə hərəkətlərin icrasına görə iki bürünc medal[16].
  • 2019-cu ilin iyun ayı – Polşanın Qdınya şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə Gənclər arasında fərdi proqramda topla hərəkətlərin icrasına görə gümüş, gürzlərlə kompozisiyasına görə isə bürünc medal[17].
  • 2019-cu ilin iyul ayı – Moskvada bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatında iplə kompozisiyasına görə bürünc, topla hərəkətlərin icrasına görə gümüş medal[18].

İstinadlar[redaktə | əsas redaktə]