Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Adil Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Adil Hacıyev
Hacıyev Adil Əli oğlu
rus.: Гаджиев Адил Али оглы
Adil Hacıyev
Adil Hacıyev, 1995-ci il

Doğum tarixi 12 iyun 1933(1933-06-12)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 19 yanvar 2017 (83 yaşında)
Vəfat yeri Moskva, Flag of Russia.svg Rusiya
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Russia.svg Rusiya
Təhsili Azərbaycan Politexnik İnstitutu (1951 – 1955)
Mükafatları

"Şərəf Nişanı" ordeniSU Order of Friendship of Peoples ribbon.svg"Əmək veteranı" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Почетный строитель города Москвы.jpg

Adil Hacıyev (rus.: Гаджиев Адил Али оглы d. 12 iyun 1933-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 19 yanvar 2017-ci ildə, Moskva, Rusiya Federasiyası) – azərbaycanlı inşaat mühəndisi, əvvəl Bakıdakı (1958-ci ildən), sonra isə Moskvadakı (1969-cu ildən) tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur. 2 dəfə Moskva şəhər Xalq Deputatları Sovetinə, 8 dəfə isə Moskva şəhər Voroşilov rayon Xalq Deputatları Sovetinə deputat seçilib.

Haqqında məlumatlar[redaktə]

12 iyun 1933-cü il tarixdə Nuxada anadan olub.

1941 – 1951-ci illərdə M.Qorki adına 10-li Nuxa şəhər məktəbində oxuyub.

1951 – 1955-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə]

1955 – 1957-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən orada SSRİ Müdafiə Nazirliyinin 98 №-li hərbiləşdirilmiş inşaat trestində kiçik mühəndis vəzifəsində işləyib.

1957 – 1969-cu illərdə əvvəl Bakı Dövlət Layihə İnstitutunda (rus.: Бакинский Государственный Проектный Институт (Бакгипрогор)) mühəndis, daha sonra Bakı Baş Tikinti idarəsində mühəndis, sahə rəisi, baş mühəndis və s. vəzifələrdə işləmiş, o cümlədən (Главбакстрой) 1-ci inşaat idarəsinin (Su-1) rəisi olmuşdur.

1969 – 1993-cü illərdə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş, uzun müddət “Mosstroy-34” tikinti idarəsinin baş direktoru olmuşdur.

Mükafatları[redaktə]

İstifadə edilmiş mənbələr[redaktə]

  • "О награждении нагрудным знаком "Почетный строитель Москвы"". http://docs.cntd.ru (русский). docs.cntd.ru. 23 Jul 2018 tarixində arxivləşdirilib.