Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Əhməd Rəşidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əhməd Rəşidov
Rəşidov Əhməd İsmayıl oğlu
Əhməd Rəşidov
Əhməd Rəşidov, 1978-ci il

Doğum tarixi 23 sentyabr 1918(1918-09-23)
Doğum yeri Nuxa, Nuxa qəzası, Gəncə quberniyası, Flag of the Democratic Republic of Azerbaijan (1918).png Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 13 noyabr 1981 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu;

Sov.İKP MK yanında Ali Partiya Məktəbi(ru) (Moskva)
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Əhməd Rəşidov (Rəşidov Əhməd İsmayıl oğlu; d. 23 sentyabr 1918-ci ildə, Nuxa, Nuxa qəzası, Gəncə quberniyası, Azərbaycan Cümhuriyyəti, – ö. 13 noyabr 1982-cı ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – jurnalist, 1948-ci ildə nəşrə başlamış “Mingəçevir inşaatçısı” qəzetinin ilk redaktoru. Digər qəzet və jurnal redaksiyalarında da çalışmış, o cümlədən, 1958 – 1981-cı illərdə “Bakı” axşam qəzeti redaktorunun müavini olmuşdur.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

23 sentyabr 1918-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

Bakıda V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində(ru) təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1939 – 1960-cı illərdə əvvəl 10 №-li Nuxa şəhər, sonra isə Kiçik Dəhnə kənd məktəblərində müəllim, Nuxa İpəkçilik Texnikumunda əvvəl müəllim, sonra direktor, Nuxa Rayon Təhsil Şöbəsinin direktoru, Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı, “Nuxa fəhləsi” qəzetinin məsul katibi, Azərbaycan SSR Radioverilişləri Komitəsində redaktor, “Mingəçevir inşaatçısı” qəzetinin redaktoru, Azərbaycan KP MK-nın “Kommunist” qəzetində məsul katib, o cümlədən, “Təbliğatçı” jurnalı redaksiyasında şöbə müdiri, Azərbaycan SSR Teleqraf Agentliyinin tərcümə şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb.

1958 – 1981-cı illərdə “Bakı” axşam qəzetinin redaksiyasında redaktor müavini olub.

Təltifləri[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Rəşidov İ., Rəşidov R., Sadiq F. Jurnalist ömrü (azərb.) // Mingəçevir işıqları : qəzet. — Mingəçevir, 2003. — В. 27 sentyabr. — № 31 (5961). — Səh. 5.

Aidiyyəti linklər[redaktə | əsas redaktə]

  • "Allah saxlayanda, saxlayır". modern.az (azərb.). modern.az. 6 Noyabr 2014. 5 Jul 2020 tarixində arxivləşdirilib.