Bu məqalə yaxşı məqalələr sırasına daxildir

Əbdülhəmid Rəcəbzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əbdülhəmid Rəcəbzadə
Rəcəbzadə Əbdülhəmid Yunus oğlu
Əbdülhəmid Rəcəbzadə
Əbdülhəmid Rəcəbzadə, 1980

Doğum tarixi 1915
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1995
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili N.Nərimanov adına Tibb İnstitutu (1933 – 1938)

Əbdülhəmid Rəcəbzadə (Rəcəbzadə Əbdülhəmid Yunus oğlu; d.  1915-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası — ö.  1995-ci il, Bakı, Azərbaycan Respublikası) – azərbaycanlı həkim, Azərbaycan SSR-in əməkdar həkimi.

1938 – 1939-cu illərdə Nuxa Tibb Texnikumunun direktoru olmuş, sonra hərbi xidmətə keçmiş, Böyük Vətən müharibəsində iştirak etmiş, 1973-cü ilə qədər hərbçi-həkim kimi fəaliyyət göstərmişdir. 1973-ci ildə ordudan tərxis olunduqdan sonra isə 1990-cı ilədək Bakı Şəhər Səhiyyə Şöbəsində məsul vəzifələr tutmuş, əvvəl müdirin birinci müavini (1973 – 1979), sonra birinci şöbənin rəisi (1979 – 1990) vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

1915-ci ildə Nuxa şəhərində anadan olub.

İlk təhsilini Zaqatalada alıb.

1932-ci ildə Bakıda Sənaye Texnikumuna daxil olsa da, xəstəliyi səbəbindən təhsilini yarımçıq buraxaraq Nuxaya qayıdıb və Nuxa radio qovşağında diktor kimi əmək fəaliyyətinə başlayıb.

1933 – 1938-ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.

1938 – 1939 illərdə Nuxa rayonundakı Orconikidze qəsəbəsində həkim,

1939 – 1940 illərdə Nuxa Tibb Texnikumunun direktoru vəzifəsində işləyib.

1940-ci ildə hərbi xidmətə keçib, Böyük Vətən müharibəsində iştirak edib, 3 orden və 15 medalla təltif olunub.

1945-ci ildə Tbilisidə – Zaqafqaziya Hərbi Dairəsində həkim,

1950 – 1956-cı illərdə Bakı Ali Zabitlər məktəbində həkim,

1956 – 1973-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin hərbi hissəsində hissə komandirinın tibb üzrə müavini vəzifəsində çalışıb.

1962-ci ildə Azərbaycan SSR-in Əməkdar Həkimi fəxri adına layiq görülüb.

1973-ci ildə ordudan tərxis olunub.

1973 – 1979-cu illərdə Bakı Şəhər Səhiyyə Şöbəsi müdirinin birinci müavini,

1979 – 1990-illərdə isə Bakı Şəhər Səhiyyə Şöbəsində birinci şöbənin rəisi vəzifəsində çalışıb.

1995-ci ildə Bakıda vəfat edib.