Şahid İsmayılov
Şahid İsmayılov | |
---|---|
İsmayılov Şahid Nəzir oğlu | |
![]() | |
Şahid İsmayılov. | |
|
|
Doğum tarixi | 8 yanvar 1959 |
Doğum yeri |
Baş Şabalıd, Nuxa rayonu, ![]() ![]() |
Vətəndaşlıq |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Şəki Pedaqoji Texnikumu (1974 – 1978) V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, ümumi texniki fənlər fakültəsi (1978 – 1982) |
Şahid İsmayılov (Şahid Nəzir oğlu İsmayılov; d. 1959, Baş Şabalıd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – pedaqoq, ictimai-siyasi fəal, Şəki Dövlət Regional Kollecinin təcrübə rəhbəri.
Haqqında məlumatlar[redaktə | əsas redaktə]
8 yanvar 1959-cu il tarixdə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili[redaktə | əsas redaktə]
1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirib.
1974 – 1978-ci illərdə Şəki Pedaqoji Texnikumunda,
1978 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ümumi texniki fənlər fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | əsas redaktə]
1982-ci ildən Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.
2016-cı ildən pedaqoji fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirir.
İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]
1996-cı ildən YAP-ın üzvüdür. Həmin ildən onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi ilk Təşkilatı yaradılmışdır.
YAP Şəki Təşkilatı Şurasının üzvüdür.
2019-cu il bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülmüşdür, lakin seçilməyib.
Digər[redaktə | əsas redaktə]
1983 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub
Ailəlidir, üç övladı var.
Həmçinin, bax:[redaktə | əsas redaktə]
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Mənbələr[redaktə | əsas redaktə]
© 2019 – 2021 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur. |